21 Şubat 2018 Çarşamba

Xaricdə yaşayan vətəndaşlarımız siyasi baxımdan fəallaşır...

Xaricdə yaşayan soydaşlarımızın sayı günbəgün artır. Bir az imkanı olan vətəndaşlarımız arasında ölkədən getməyə çalışanlar getdikcə çoxalır. Hər gün bu kimi xəbərlər eşidirik. Tanıdığım onlarla fəal gənc artıq belə addım atmağa hazırlaşır. Bunun yaxşı və ya pis olması, onu doğuran səbəblər barədə fikir bildirmək istəmirəm, çünki aşağı-yuxarı əksəriyyət bu barədə bilir.
Xaricdə yaşayanlar indiyədək çox dağınıq, ölkədəki olaylara əsasən laqeyd təsir bağışlayırdı. İndi bu hal çox sürətlə dəyişir və özü ilə bərabər yeni siyasi situasiya doğurur. Xüsusilə də son illər xaricə üz tutanların arasında siyasi təfəkkürü olan şəxslərin artması xaricdə yaşayan həmyerlilərimizin yeni yanaşma ortaya qoyması ilə nəticələnib.
Artıq müşahidələr göstərir ki xaricdə yaşayan azərbaycanlılar yeni bir mərhələyə qədəm qoyub. Bütün mərhələlərdə olduğu kimi bu mərhələnin də ilk addımlarında neqativ hallar var və onun ortadan qaldırılması vacibdir. İlk mərhələdə bu neqativ halların olmasını bəlkə də təbii qəbul etmək lazımdır. Müasir dövrün informasiya resursları, komunikasiya imkanları bu problemlərin qısa zaman kəsiyində yoluna qoyulacağına ümid yaradır.
Xaricdə yaşayan fəal vətəndaşlarımızın yeni mərhələyə addımlaması bir sıra yerli və beynəlxalq amillərlə, habelə qlobal informasiya mühitinin yaratdığı təsirlərlə bağlıdır. Hələlik onlara əsaslı şəkildə toxunmuram. Lakin səthi də olsa bir iki məqamı qeyd edəcəm. Xüsusilə də Qərb ölkələrində yaşayan fəal şəxslərin təşkilatlanması onların ictimai-siyasi fəaliyyətlərinin ilkin təsirlərini göstərməkdədir. Xaricdə yaşayan bir qrup fəal şəxsin yeni media resurslarından səmərəli istifadəsi ilə ölkənin informasiya-təbliğat məkanında mövcud olan monopoliya çox sürətlə dağılır.
İqtidar on illər boyu bütün inzibati resurslarını, maliyyə və informasiya şəbəkələrinı səfərbər edərək yaratdığı mühit gözlənilməz şəkildə dəyişir. Xüsusilə də onların daim təbliğ etdiyi və özü üçün ən toxunulmaz dəyərlər kimi cəmiyyətə qəbul etdirməyə çalışdığı dəyərlər sistemi sürətlə sökülməkdədir. Ölkə daxilində çox yerlərdə bu barədə inanılmaz müzakirələr gedir. Hökumət isə bu tendensiyanın qarşısını çox primitiv metodlarla almağa cəhd edir və durumu özü üçün daha da mürəkkəbləşdirir.
Ölkə daxilindəki basqıçı idarəetmə nəticəsində gənclər ölkəni tərk edir və yeni mühitə alışdıqdan qısa müddət sonra hökumətə yönəlik tənqidlərə başlayırlar. Xaricdəki bu fəaliyyətlərin yaratdığı yeni psixoloji dalğa cəmiyyətin müxtəlif sosial qruplarında maraqla müzakirə edilir. Xaricdə məskunlaşan gənclər tamamilə yeni etiraz formaları və siyasi təsir alətlərindən istifadə etməyə başlayıblar. Bəzən bu etirazların öz əndazəsini aşması halları da müşahidə edilir.
Dünyanın bir sıra ölkələrində həyata keçirilən müxtəlif səpkili bu aksiyalar hakimiyyətin beynəlxalq arenada mövqelərini zəiflətməklə yanaşı, ölkə daxilində də müxtəlif təsirlər yaradır. Görünən budur ki müvafiq hökumət qurumları və bu sahəyə məsul olan şəxslər belə halların qarşısını almaq istiqamətində bacarıqsızdırlar. Bəzən isə hətta ağıla başqa variantlar da gəlir.
Bir neçə blogerin, sosial şəbəkə fəalının xaricdəki fəaliyyətlərinin daha çox səs-küyə səbəb olması üçün sanki hökumət daxilində məqsədyönlü bir iş aparılır. Onların ailə üzvləri ətrafında baş verən qanunsuzluqlar sadə insanlarda bu fəalların çıxışlarına marağı daha da artırır.
Bir neçə gün öncə sosial şəbəkələrdə qarşıma bir video çıxdi. “YouTube”da ilk dəfə rastlaşdığım “AntiDiktatura TV” adlı kanaldan bir gənc danışırdı. Bir neçə saniyə izlədikdən sonra “Daha sonra izlə” menyusuna daxil edib bağladım. 2338 izləyici olmuşdu. Bir gün sonra sonadək izlədim və videoya baxış sayı 17534 idi. Həmin gün başqa blogerlərin Azərbaycandakı ailə üzvlərinə basqılarla bağlı xəbərlər yayıldı. Bu statusu yazarkən yenidən həmin videonun izləmə sayına baxdım. Artıq bu dəqiqələrdə izlənmə sayı 330.881-ə çıxmış, 1.741 yorum yazılmışdı. (PS: Faktın skrinşotu var)
Qeyd edim ki sosial statusundan asılı olmayaraq heç kimin təhqir edilməsini müsbət saymıram və bu halın olmamasını arzulayıram. Hətta dəfələrlə iqtidarın televiziyalardan, saytlardan və qəzetlərdən müxalifətin ünvanına söylədiyi təhqirlərə görə narahatlıq ifadə etmişəm. Müxalifətin iqtidarı təhqir etməsi halları demək olar ki yoxdur, çünki bu hal dərhal həbslə, işgəncə ilə sonuclana bilər. Ancaq belə halların bir gün xaricdən eşidiləcəyini də istisna etməmişdim.
Son olaraq, bu mövzuda obyektiv bir analiz hazırlamağa zərurət olduğunu düşünürəm. İqtidar bütün köhnə metodlarından imtina etməklə, öz sıralarından bu kimi qanunsuzluğu törədənləri sərt cəzalandırmaqla durumu müsbətə dəyişə bilər. Xaricdən təhqir söyləyən gəncləri cəmiyyətin müstəqil və müxalif düşüncəli şəxsləri deyil, hökumətə yaxın şəxslərin qınaması və polis gücü ilə susdurulması cəhdi yalnız hakimiyyətin zərərinə işləyəcək.
Görünən budur ki uzun müddət hətta öz daxilində siyasi mübarizəni qadağan edən iqtidar indiki halda çox uğursuz durumla üzləşib. Sağlam tənqidlərə reaksiya vermək baxımından öz sıralarından yeni insanlar yetişdirə bilməyib. İqtidar müxalifətə qarşı açıq siyasi oponentlik edə biləcək kadrlar hazırlamaqda çox gecikib. Sosial şəbəkələrdə iqtidarı açıq müdafiə edən bir şəxsə qarşı (trolları nəzərdə tutmuram) müxalif fikirli 20-30 şəxs dərhal əks fikir bildirir. Bunların mütləq əksəriyyətini isə heç kim kordinasiya etmir. Hər kəs özü müstəqil şəkildə oponentlik edir. Yəni, iqtidar bütün açıq siyasi müstəvilərdə rəqiblərinə böyük fərqlə uduzur. Yeganə güclü olduğu dövlətin inzibati resurslarını idarə etməsidir. Tarixi proseslər göstərir ki belə resurslara bel bağlayan bütün iqtidarların aqibəti eyni sonluqa bitir.
21 fevral 2018-ci il.

19 Şubat 2018 Pazartesi

19 fevral 1988-ci il mitinqi ilə bağlı xatirələrim...

Bakıda ilk mitinq 30 il öncə, dumanlı-çisginli 19 fevral günü keçirildi!
Hərdən gündəliklərimi varaqlayaraq yaddaşımı təzələyir və çağdaş tariximizdə iştirakçısı olduğum bəzi anları bölüşmək istəyirəm. Bu gün barəsində çox az danışılan belə günlərdən birinə birgə səyahət edək. Adətən tarixdə elə anlar, olaylar yaşanır ki, onun əhəmiyyətini yalnız illər keçəndən sonra qiymətləndirmək mümkün olur.
Tale elə gətirib ki, gəncliyimdə bir neçə belə tarixi olayların fəal iştirakçısı olmuşam. Hisslərimi ifadə etmək bacarığım olsa da, indi o zamankı olayların yaratdığı psixoloji ovqatı ifadə etməyə çətinlik çəkirəm. O günlər yaşadıqlarımızı kəlmələrlə ifadə edə bilmirəm.
1988-ci ilin əvvəllərindən Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi tələbi ilə İrəvanda kütləvi mitinqlər başlamış, "Ermənistanı türklərdən təmizləməli", "Ermənistan yalnız ermənilər üçündür" şüarları ilə tarixi yurdlarımızda yaşayan yerli türklərə qarşı təxribatlar başlamışdı. Müxtəlif mənbələrdən alınan həyəcanlı xəbərlər Azərbaycanın vicdanlı insanlarına rahatlıq vermir, müxtəlif səviyyələrdə qızğın müzakirələr gedirdi.
Belə mərkəzlərdən biri də BDU-nun (o zaman S.M.Kirov adına ADU) tələbə yataqxanlarında təşkilatlanan “Yurd” Birliyi idi. Əslən Ermənistandan olan tələbələr valideynlərindən aldıqları həyəcanlı xəbərləri yataqxanada bölüşür, bəzən səhərə kimi dəhlizlərdə qızğın müzakirələr gedir və Ermənistanda yaşayan soydaşlarımıza necə yardım etməyin yollarını axtarırdıq. Demək olar ki Ermənistandan gələn bütün xəbərləri Bakıda ən tez tələbələr ala bilirdi.
Artıq Ermənistanda tək-tək olsa da yerli türklərin təhqir edilməsi, döyülməsi, işgəncələrlə öldürülməsi faktları fəal tələbələr arasında günbəgün qəzəb və nifrət oyadırdı. Təkcə universitetin fəal tələbələri deyil, həm də professor-müəllim heyəti arasında da vətənpərvər, qeyrətli insanlar var idi və onlar da tələbələrlə həmrəylik göstərir, imkan daxilində mənəvi dəstək olurdular.
Həftənin 2-ci günləri hərbi hazırlıq kafedrasında hərbi dərslərimiz olurdu. Hərbi kafedra Tələbə Şəhərciyində beşmərtəbəli bir binada yerləşirdi. Öncə səhər saat 8-də BDU-nun arxasında boş bir asfaltlanmış böyük ərazidə hərbi sıra düzülüşü edilir, sonra təntənəli hərbi yerişlə kafedra rəisinin qarşısından keçərək saat 9-da dərslərə qatılırdıq.
Növbəti hərbi dərs günü (16 fevral 1988-ci il) hərbi düzülüşdə əslən Ermənistandan olan Cəbi adlı tələbə yoldaşım özünü pis hiss etdiyindən əlləri ilə üzünü tutub yerə oturdu. Özünə gələndən sonra ağlayaraq danışdıqları hamımızı şoka salmışdı. Cəbinin dayısını və babasını ermənilər rayon mərkəzində ölümcül döymüş, sonra yarımcan halda yaşadıqları kəndə gətirib atmışdılar. Onlara 3 gün ərzində respublikanı tərk etməyəcəkləri təqdirdə öldürüləcəkləri deyilmişdi. Bu vəhşilik yerli milislərin gözü qarşısında baş versə də onlar heç bir reaksiya verməmişdi.
Cəbi yataqxanada qalmasa da tez-tez mənim otağıma gəlirdi və birlikdə universitetdə “Sambo” güləşi məşqlərinə gedirdik. Onun doğmalarına edilən bu vəhşiliyə görə bir neçə nəfərlə kurs rəisinə (rus millətindən olan ortayaşlı polkovnik-leytinant idi, soyadını unutmuşam) etiraz etdik və onun da bu vəhşiliyə münasibət bildirməsini istədik. Bir az gəncliyin çılğınlığı, bir az da Cəbi ilə olan şəxsi münasibətlərimə görə özümdə bilmədən ermənilər haqqında dediyim ağır sözlər ortalığı qarışdırdı. Hərbi kafedrada dərslər rus dilində keçirildiyi üçün bu dərslərdə rus bölməsi ilə bir yerdə olurduq. Kurs rəisinin də erməniləri müdafiə etməsi rus bölməsindən olan bir neçə erməni əsilli uşaqları da cəsarətləndirdi və başlayan söz mübahisəsi bir anda əlbəyaxa davaya çevrildi. Erməniləri yaxşıca əzişdirməklə yanaşı, demək olar auditoriyanı da alt-üst etdik. Həmin gün hərbi kafedrada bütün dərslər pozuldu. O zaman da ermənilər Bakıda özlərini arxalı hesab edirdi və onlara toxunmaq çox təhlükəli sayılırdı. Ancaq digər kurslardan da uşqaların həmrəyliyi sonradan kafedra rəisinin bizə qarşı tənbeh tədbiri görməsinə imkan vermədi.
Artıq bütün tələbələr anidən baş verən bu olaydan danışır və sanki anbaan canlanma artırdı. Bir gün sonra isə bizim yataqxanamızın (3 saylı) 4-cü mərtəbəsində erməni qızlarla azərbaycanlı qızlar arasında axşam dava baş verdi. Əslən Xankəndindən (Stepanakert) və Əskərandan olan Biologiya fakultəsinin 3-kurs tələbələri Marina və Suzannanı, habelə adlarını unutduğum digər iki erməni qızlarını Cəbrayıl (adı Şəfiqə idi) və Gədəbəy rayonundan olan qızlar döymüşdü. 72 saylı otağın sakinləri olan bu erməni qızlarının döyülməsi ilə yanaşı paltarları da cırılmış, özləri isə otaqlarından qovulmuşdular. Universitet rəhbərliyindən nümayəndələr gələnə kimi bu qızları təhlükəsizlik üçün 1-ci mərtəbədə Tələbə Sovetinin otağına gətirdim. Tətildə Ağdama gedəndə çox vaxt Stepanakert avtobusu ilə bu qızlarla yol yoldaşı olduğuma və eyni yataqxanada qaldığımıza görə normal münasibətlərimiz var idi. Mənə güvənir və dediklərimə əməl edirdilər. Həm də başqa çarələri də qalmamışdı, çünki bizim qızlar onları öz aralarında görmək istəmirdilər.
Bu kiçik olaylarla yanaşı Ermənistandan gələn yeni acı xəbərlər də artmaqdaydı. Fevralın 19-da İrəvan şəhərində böyük mitinq keçiriləcəyi və yerli türklərin qovulacağı barədə gələn xəbərlər əsəbləri tarıma çəkmişdi. Fevralın 17-də “Yurd” Birliyinin toplantısında müzakirələrdən sonra fevralın 19-da mitinq keçirilməsi ilə bağlı qərar verildi. “Yurd”un ilk sədri mərhum dostumuz Əlisəfa Qədirov Tahir adlı dostumuzla birgə həmin axşam bizim otağa gəlib təcili hazırlaşmağı tapşırdı. Çox az vaxt var idi. Mən fizika fakultəsini, mərhum dostumuz Şahin Seyidov (1992-ci ildə Ağdamda şəhid oldu) isə mexanika-riyaziyyat fakultəsini mitinqə çıxarmalıydıq.
Fevralın 19-da səhər dərslər başlamamış BDU-nun əsas binasının qarşısında Şahinlə birgə təşkilatçılığa başladıq. Fəal tələbələrin əksəriyyəti 2-ci korpusada (tarix, hüquq, filologiya) oxuyurdu. Bizim əsas korpusda olan fakultələrin tələbələri çox da fəal deyildi. Ancaq Şahin bəyin cəsarəti və çılğınlığı sayəsində giriş qapılarını 10-15 dəqiqə ərzində bağlamağa nail olduq. Həyətdə bir neçə yüz tələbə toplaşandan sonra artıq qapılar açılsa da heç kim marağa görə içəri keçmirdi. Bu zaman 2-ci korpusdan şüarlar səsləndirərək hərəkətə başlayan böyük dəstəyə biz də qoşularaq yürüşə başladıq.
Öncə Politexnik univesitetinin qarşısında dayanaraq orada “Azərbaycan”, “Qarabağ” şüarları səsləndirməklə onları da aksiyaya qoşduq. Bir neçə yerdə milis kardonu ilə qarşımızı kəsməyə çalışsalar da onları dəf edə bildik. İçərişəhərin “Qoşa qala qapıları” önündə milis kardonunu yarmaq mümkün olmadı. Orada mitinqə başladıq. Öncə mərhum sədrimiz və dəyərli dostumuz Əlisəfa bəy çıxış etdi. Ardınca tarix fakultəsinin fəal tələbələri Dilaver Azimli, Rəsul bəy, Amil bəy, hüquq fakultəsindən Əli Kərimli, Fazil Mustafa və Ganimat Zayidov çıxış etdilər. Sonra indiki Səbayel rayon partiya komitəsinin birinci katibi Vəli Məmmədov çıxış edərək tələblərimizin yerinə yetiriləcəyini vəd etdikdən sonra mitinq başa çatdı. Məhz 1988-ci ilin 19 fevralında BDU tələbələrinin (“Yurd”) təşkilatçılığı ilə bir ilkə imza atıldı.
Bu, çağdaş tariximizin önəmli bir səhifəsidir və onun olduğu kimi yazılmasına nail olmalıyıq. Üzərindən tam 30 il keçsə də bu sətrləri yazarkən o günlərdə keçirdiyim hissləri təkrar yaşayıram, amma olduğu kimi sözlə ifadə edə bilmirəm. Biz tələbə-gənclər olaraq birgə mübarizəmizdə ilk qələbəmizi çalmışdıq və özümüzü məğlubedilməz sayırdıq.
Sonradan 17 noyabrda başladığımız məşhur “Meydan Hərəkatı”nın da təməli bu aksiya ilə qoyuldu. O şanlı mübarizəmizin dünyasını dəyişən qəhrəmanlarına Allahdan rəhmət diləyir, ruhları qarşısında ehtiramla baş əyirəm. Bu gün də elmi, ictimai, siyasi fəaliyyətini sürdürən, adlarını çəkə bilmədiyim çoxsaylı insanlara sağlıqlı uzun ömür və uğurlar arzulayıram.

12 Şubat 2018 Pazartesi

Növbədənkənar Prezident seçkisini müxalifətin boykot etməsi hansı nəticələr doğura bilər?




Ölkə gündəmində növbədənkənar prezident seçkilərinin müzakirəsi davam edir. Artıq iqtidar öz namizədini irəli sürüb. Namizədin rəsmən təsdiqini gözləmədən və qanunvericilikdə nəzərdə tutulan təbliğat-təşviqat kampaniyası başlamadan açıq təbliğata start verilib. Dövlətin bütün resursları, ölkə televiziyaları, yaradıcı birliklər, ictimai təşkilatlar hakim partiyanın namizədinin qeyri-rəsmi təbliğatına qoşulub.

Bütün müxalif qurumlar isə növbədənkənar prezident seçkilərində namizəd irəli sürməməyə və “seçki”ni boykot etməyə qərar veriblər. Müxalifətin bu qərarı ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılamır və bəzi suallara cavab axtarılır. Müxalifətin boykot qərarını doğru saymaq olarmı, boykot hüquqi-siyasi nəticə doğuracaqmı, nüfuzlu beynəlxalq qurumların “seçki”yə münasibəti necə olacaq, seçkilərin nəticələri tanınmaya bilərmi? 

Bu kimi sualların aydın cavabları olmasa da, müəyyən mülahizələr söyləmək mümkündür. İlk növbədə müxalifətin seçkidə iştirak etməməsinin səbəblərinə qısa nəzər salaq.
Hökumət məqsədyönlü şəkildə ölkədə seçki sistemini tamamilə sıradan çıxarıb. Həm qanunvericilik həm də praktik baxımdan elə mühit yaradıb ki alternativlər “könüllü” şəkildə seçki prosesindən kənarda dursunlar. Azad media əsasən susdurulub, müstəqil vətəndaş cəmiyyəti və müxalif partiyaların fəaliyyət imkanları daraldılıb, qanuni əsaslarla maliyyə əldə etmək, vətəndaşlarla sərbəst təmas imkanları əllərindən alınıb. Seçkinin yalnız adı və onun ətrafında bayağı imitasiya var. İstənilən peşəkar müşahidəçilər seçkilərin bir siyasi vasitə, təməl hüquq kimi artıq mövcud olmadığını qəbul edir.

Bu situasiyada müxalifətin "seçki”də iştirakı nə onların özlərinə, nə də cəmiyyətə hansısa siyasi-hüquqi dvident qazandıra bilərdi. Mövcud siyasi şəraitdə və seçki konyukturasında müxalifət namizədinin seçici səsi ilə qalib gələrək prezident seçilməsi mümkün deyil. Nəinki qalib gəlməsi, heç özlərini cəmiyyətə tanıtması, təşkilatlanmaq fürsəti kimi yararlanması, seçkilərin saxtalaşdırıldığını faktlarla sübut etməsi imkanı da yoxdur. Habelə, namizədlərə hökumətin daxili və xarici siyasətini tənqid etmək, qanunazidd əməllərini dilə gətirmək üçün artıq sərbəst efir məkanı da nəzərdə tutulmur. Sosial şəbəkələrdə və sosial mediada, həmçinin mitinqlərdə müxalifətin bu tənqidləri səsləndirməsi imkanı daha çoxdur, nəinki seçkidə. Reallıq budur ki iqtidar namizədindən başqa digər namizədlərin belə "seçki”də iştirak etməsi hakim komanda üçün heç bir narahatlıq doğurmur.

Hələlik real durumda müxalifətin seçim imkanı “pis və ən pis” arasındadır. Odur ki iştirakın da, boykotun da ciddi hüquqi-siyasi nəticə doğuracağından danışmaq çətindir. Belə görünür ki müxalifətin növbədənkənar "seçki”ni boykot qərarı mövcud hüquqi-siyasi situasiyaya dinc etiraz formasıdır və məcbriyyətdən atılıb. Boykot vasitəsilə müxalifət nəyə nail olmaq istəyir? Müxalifətin “seçki”ni boykot etməsini yanlış addım hesab etmədən onun təsirlərini analiz etməyə çalışaq.

Öncə qeyd edək ki boykot özlüyündə sınaqdan keçmiş təsirli siyasi aksiya formalarından biridir və seçkilərdə effektli olması bir sıra amillərə bağlıdır. Təfərrüatlarına toxunmadan deyə bilərik ki ölkəmizin sosial-siyasi reallıqlarında bu aksiyanın effektli olması üçün zəmin yoxdur.

Ölkə müxalifəti ilk dəfə boykot taktikasından 1998-ci ilin prezident seçkilərində istifadə edib. O zaman müxalifəti bu addıma vadar edən səbəb seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərinin nəzərə alınmaması olmuşdu. Üzdə görünən səbəblərlə yanaşı, pərdəarxası səbəblərdən biri kimi müxalifətin vahid namizəd müəyyən edə bilməməsi də müəyyən rol oynamışdı. Həmin vaxt müxalifət çox güclü, iqtidar indikindən xeyli zəif, cəmiyyət isə indikindən qat-qat yüksək siyasi fəallıq göstərirdi. Ölkə maliyyə-iqtisadi problemlərin və sosial çətinliklərin məngənəsində idi. Demokratik institutlar sıradan çıxarılmamışdı, ictimai-siyasi qurumların, azad medianın təsir gücü kifayət qədər yüksək sayılırdı. Ancaq belə bir əlverişli şəraitdə müxalifət boykot strategiyasından yararlana bilmədi. Qısa müddət sonra bələdiyyə və parlament seçkisinə hazırlığa qərar verildi və öncəki mübarizə taktikası gündəmdən çıxarıldı. Analizlər göstərir ki müxalifətin 1998-ci il boykotu cəmiyyəti mübarizəyə səfərbər etmədi, hökumətin beynəlxalq təcridinə səbəb olmadı, müxalifəti gücləndirmədi, iqtidarı isə zəiflətmədi.

Müxalifət boykot taktikasına 2008-ci ilin prezident seçkisində yenidən baş vurdu. Bu boykota səbəb kimi seçki komissiyalarının tamamilə iqtidarın nəzarətində olması, ölkədə azad seçki mühitinin yoxluğu və digər məsələlər göstərilirdi. Təhlillər göstərir ki 2008-ci ilin boykot situasiyası 1998-ci illə müqayisədə müxalifət üçün daha əlverişsiz idi. İqtidar neft gəlirlərindən yararlanaraq sosial-iqtisadi sabitliyə nail olmuş, azad medianı və vətəndaş cəmiyyətini əsasən nəzarətinə almış, müxalifəti isə xeyli zəiflətmiş durumda seçkiyə gedirdi. Beynəlxalq qurumlar da iqtidarın üstünləkləri ilə hesablaşır və ona qarşı təsirli təzyiqlərdən istifadə etmirdi. Beləliklə, 2008 ci ilin boykot taktikası da ölkədə və beynəlxalq arenada heç bir hüquqi-siyasi nəticələr doğurmadı. Seçkidən sonra ölkə daxilində və beynəlxalq münasibətlərdə hər hansı problem müşahidə edilmədi.

Müxalifət məcburiyyətdən üçüncü dəfə seçkiləri boykot etmək qərarı verdi. Nəhayət bu qərar siyasi-hüquqi nəticə doğura bilərmi?

"Nisbi səs çoxluqlu” mojaritar seçki sistemində boykotun hüquqi nəticə doğurması ümumiyyətlə mümkün deyil. Çünki ölkənin seçki qanunvericiliyində seçicilərin iştirakının minimum həddi “yetərsay” nəzərdə tutulmayıb. Seçkidə seçicinin ən aşağı faizi iştirak etsə belə, seçki baş tutmuş sayılır və legitimlik problemi yaranmayacaq. Həmçinin, cəmiyyətin indiki zəif durumunda boykot vasitəsilə hökumətə siyasi təzyiq göstərib demokratik seçkiyə məcbur etməkdə real deyil. Bunun üçün yerli və beynəlxalq şərtlər uyğun görünmür. Beynəlxalq ictimaiyyətin diqqətinin ölkəmizdəki antidemokratik seçkiyə cəlb olunacağına və ya hansısa təsirli addımların atılacağına isə ümid azdır.

Nəzərə alaq ki növbədənkənar seçkinin elan edilməsinə heç bir nüfuzlu beynəlxalq qurumdan sərt reaksiyalar da eşidilmədi. Həmin vaxt Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Bricet Brink prezident İlham Əliyevlə görüşdən sonra verdiyi açıqlamalar da bu baxımdan diqqətçəkicidir. Görüşdə demokratik inkişaf, qanunun aliliyinin təmin edilməsi, insan haqlarının qorunması məsələləri ətraflında fikir mübadiləsi aparılsa da, daha çox iqtisadi layihələrə verilən dəstəkdən, təhlükəsizlik sahəsində əməkdaşlıqdan, o cümlədən sülhməramlı əməliyyatlarda birgə töhfədən məmnuniyyət ifadə olundu. ABŞ nümayəndəsi növbədənkənar seçki ilə bağlı ölkə rəhbəri ilə görüşdə yumşaq şəkildə Azərbaycanın öhdəliklərini xatırladıb və tövsiyələrini səsləndirib. Avropa Birliyinin də bu istiqamətdə hər hansı sərt reaksiyalarına şahid olmadıq. Əksinə, əməkdaşlıq imkanlarının davam etməsi istiqamətində açıqlamalar ifadə edilir.

Ölkədə real mənzərə budur ki, müxalifət boykot çağırışı etməsə belə vətəndaşlar seçkidə iştiraka maraq göstərmir. Hər seçkidə səslərin total saxtalaşdırılması faktiki olaraq seçicilərin seçkiyə inamını sarsıdıb və boykot etməsi ilə nəticələnib. Hazırda müxalifətin cəmiyyəti boykot ideyası ətrafında səfərbər etməsi, ölkəboyu "Seçki Hərəkatı”na siyasi-təşkilati zəmin yaratması imkanları da xeyli məhduddur. Müxalifətin konkret və aydın strategiyasının yoxluğu, habelə, cəmiyyətin siyasi fəallığının aşağı olması effektli müqavimətə hələlik imkan vermir. Seçki nəticələrinə görə beynəlxalq birliyin sərt addımlar atacağı da istisnadır.

Demokratiya indeksinə görə, azad və qismən azad ölkələrdə seçkilər cəmiyyət üçün növbəti fürsət sayılır və cəmiyyət daxili proseslərdə əsas indiqatordır. Ancaq azadlıqların əsasən boğulduğu qeyri-azad dövlətlərdə seçki qətiyyən cəmiyyət üçün fürsət yarada bilmir. Odur ki nə müxalifət, nə də müstəqil şəxslər “seçki”yə növbəti fürsət kimi baxıb özlərini aldatmamalı və cəmiyyəti də bu istiqamətdə yersiz ümidləndirməməlidirlər. Müxalifət dinc və kütləvi demokratik proseslər üçün cəmiyyətdə hazırlıq işlərinin yeni strategiyasını hazırlamalı və mərhələ-mərhələ həyata keçirilməsinə nail olmalıdır. Hazırkı boykotu öncəki boykot situasiyasından köklü şəkildə fərqləndirən yeganə fenomen sosial şəbəkələrin mövcudluğu və təsir gücüdür. Bu resurs cəmiyyətin fəallaşmasında müstəsna rol oynaya bilər.   


İqtidar ölkədəki və regiondakı durumun mürəkkəbliyini nəzərə alaraq yubanmadan zəruri addımlar atmalıdır. Cəmiyyətdə yaşanan mənəvi-psixoloji və iqtisadi-siyasi tənəzzül dayandırılmasa, qarşıdakı illərdə sarsıdıcı təhlükələr qaçılmaz olacaq. Dərinləşməkdə olan böhranın qarşısı yalnız köklü iqtisadi-siyasi islahatlarla alına bilər. İnstitusional struktur islahatlarının aparılması, idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müsbət addımların atılması üçün fürsət yaranıb. Hazırkı situasiyada iqtidar bu əlverişli imkandan yararlanmasa və ənənəvi konyukturanın nəyin bahasına olursa-olsun qorunub saxlanmasına çalışarsa, cəmiyyətə çox təhlükəli gələcək vəd edir.
12 fevral 2018-ci il

9 Şubat 2018 Cuma

Discussions on the possible reasons for the early elections for April 11, 2018 in Azerbaijan are continuing. What are the main factors that cause the need for early presidential elections?

Without excluding the role of internal and external factors among the reasons that predetermined the adoption of this decision, we believe that the only goal is the desire of the authorities to retain the power for a longer term and in a more sustainable form.
For the expert community, this decision was not unexpected, and from time to time at various levels the probability of its adoption was discussed. The changes made to the Constitution in 2016 provided the president with the power to appoint elections on any date. Such a decision could be announced immediately after the referendum, and based on the extension of the terms of the powers of the president to seven years, its adoption could be accelerated until 2020. The adoption of such a decision completely depended on the desire, interest and even the mood of the president.
Despite the fact that the legal framework for this step exists in the legislation, the authorities have not logically and reasonably explained its political reasons. Taking into account all the opportunities, conditions and political will for total falsification, the rush of power indicates that it is something to beware. The official reasons for the postponement of elections in connection with the celebration of the 100th anniversary of the republic, the humanitarian forum cannot be taken into account. In any case, the change in the election date means that the country is on the eve of very serious and loud processes.
Let's try to analyze several versions of the reasons that forced the authorities to take this step.
Could such problems as the socio-economic crisis, weak confidence in the authorities inside and outside the country, the prospects for sanctions, the complication of the situation around Karabakh and such factors prevent the authorities from easily holding elections in the fall?
Practice shows that, in the context of the socio-economic crisis, the growth of political activity can cause unexpected political consequences. Perhaps, while taking the decision was also considered the influence of this factor. Theoretically, the relevance of this version cannot be excluded, but it is difficult to practically consider it decisive. True, the country has not yet emerged from a serious crisis, wide sections of society are experiencing a crisis on their own, and their discontent is growing. However, the authorities regularly take preventive steps to prevent this situation from reaching a dangerous line.
The monitoring shows that the society has significantly adapted to the severity of the social crisis and even psychologically prepared for further deterioration of the situation. In the most acute period of the crisis, the people did not support the protest action of the opposition, and did not show any interest in exerting pressure on the authorities in any form. So, the explanation of the government's rush anxiety that the growth of socio-economic problems can cause unrest is insufficient.
It can also be expected that after the "elections" the transition of the system of socio-political relations in the country to a new stage will become inevitable..
It is also difficult to talk about the decisive role of the negative antidemocratic reputation that emerged inside and outside the country, for a government that does not consider either public opinion, opposition, or the people. Despite the fact that the elections held so far have caused justified criticism of the international community, the authorities do not refrain from another total falsification. Only the application of US sanctions against the oligarchs and members of the Russian government caused slight alarm among the majority of Azerbaijani officials. According to some reports, even a closed discussion was held on this topic. However, these factors cannot be taken as the main reason for postponing the election period.
The fact that the current international peacekeeping mission on Karabakh can offer some innovations and these factors can lead to tensions in the country cannot be considered as a reason for the postponement of the elections.
It would also be incorrect to consider early elections as an announcement of preparations for political and legal reforms. When considering this issue, first of all, the points of view of the interests of the authorities, there are no factors that indicate the need for the initiation of reforms. With the current silence and tranquility of society, the authorities will not want to create a headache with political reforms. Why should the authorities change the status quo and create problems for themselves if it can still continue to exist in the present incarnation? It is not convincing that the authorities will embark on broad democratic reforms if there is no appreciable pressure from society.
According to one of the versions under consideration, the authorities, having gone ahead, put the opposition in front of the dilemma of participation or non-participation. In general, the authorities constantly took systematic legal and practical measures to ensure that the activity in the election process was low. In this regard, "the Constitution, Electoral Code, and relevant legislative acts have been improved." To prevent the formation of the electoral environment in the society, all opportunities for the activities of independent media, political structures, and civil society were blocked. The authorities have the opportunity to nominate only the most selected individuals and structures as candidates for participation in the elections. Because of the absence of rights, the opposition misses the opportunity to better prepare for protests.
Can the presidential elections, which take place in March in Russia, be one of the main reasons for holding elections six months before?
It should be recognized that Moscow's influence on society, and especially on the authorities in Azerbaijan, is roughly the same as in the Soviet period. In recent years, Russia has developed the most aggressive, tense and controversial political situation. Now it is more difficult to predict the further course of events in this country. Russia, apparently seemingly stable, inside in a latent form is straining. Tensions in relations with the United States and Europe, violation of trade and economic relations with them have put Russia in a difficult situation and can cause new insecurities dangerous for internal stability after the March elections. In strategic terms, Russia also has a number of postponed cases related to Azerbaijan. The Azerbaijani authorities have few opportunities to resist these plans. It is possible that there is a direct link between the appointment of early elections in Azerbaijan and the next presidential election in Russia.
In conclusion, let us consider some possible trends in the development of processes.
The attitude of society towards the electoral process will not be different from the past practice. This is followed by a number of deep psychological, social, political reasons, and their elimination requires appropriate training and a certain amount of time. The reaction of the international community, most likely, will not be at the level to change the direction of the processes. The attitude of the opposition and independent representatives of civil society to the electoral process is not consolidated, and they do not have the opportunity to force the authorities to reconsider their decision. The authorities can offer a "big" compromise to the local and international democratic public by releasing a group of people convicted for political reasons to freedom.
It can also be expected that after the "elections" the transition of the system of socio-political relations in the country to a new stage will become inevitable. The president, who has been given the power for the next seven years, can take a number of necessary decisions. One of the main objectives pursued here is to bid farewell to the elderly members of the team, to form a new team under the guise of structural reforms, more systematically concentrate the power in one hand and move on to the stage of structural and economic reforms without compromising the regime's foundations. Inside the authorities, this issue is also discussed: some time after the presidential elections, to hold extraordinary parliamentary elections and elect a small group of people with the image of independent and opposition figures to the parliament, which will allow further manipulation of relations with local and international public. Processes taking place in the region are also taken into account, which indicate that soon Azerbaijan will enter a very controversial and tense period of its development.

Перенос выборов говорит грядущих вызовах

Обсуждения  возможных  причин назначения на 11 апреля 2018 года досрочных президентских выборов в Азербайджане   продолжаются. Каковы же основные факторы, обусловившие необходимость внеочередных президентских выборов?
Не исключая роль внутренних и внешних факторов среди причин, предопределивших принятие этого решения, считаем, что единственная цель состоит в желании власти сохранить бразды правления на более длительный срок и в более устойчивой форме.
Для экспертного сообщества это решение не было неожиданным, и время от времени на различных уровнях обсуждалась вероятность его принятия. Изменения, внесенные в Конституцию в 2016 году, предоставляли президенту полномочия назначать выборы на любую дату. Такое решение могло быть объявлено и сразу после Референдума, а исходя из продления сроков осуществления полномочий президента до 7 лет, его принятие могло быть ускорено до 2020 года. Принятие подобного решения полностью зависело от желания, интереса и даже настроения президента.
Несмотря на то, что в законодательстве имеются правовые основы этого шага, власти логически и обоснованно не разъяснили его политические причины. При наличии всех возможностей, условий и политической воли для тотальной фальсификации, спешка власти говорит о том, что она чего-то остерегается. Официальные причины переноса выборов в связи с проведением 100-летия республики, гуманитарного форума не могут быть приняты во внимание. B любом случае, измение даты выборов говорит о том, что страна накануне очень серьезных и громких процессов.
Попытаемся проанализировать несколько версий о причинах, вынудивших власти пойти на этот шаг.
Могли бы такие проблемы как социально-экономический кризис, слабое доверие к власти внутри страны и за ее пределами, перспективы применения санкций, осложнение ситуации вокруг Карабаха и подобные факторы помешать властям с легкостью провести выборы осенью?
Практика показывает, что в условиях социально-экономического кризиса рост политической активности может вызвать неожиданные политические последствия. Bозможно, при принятии решения было рассмотрено также влияние этого фактора. Теоретически, актуальность данной версии исключить нельзя, но практически считать ее решающей, сложно. Правда, страна еще не вышла из тяжелого кризиса, широкие слои общества испытывают кризис на себе, и их недовольство растет. Однако власти регулярно предпринимают профилактические шаги, чтобы эта ситуация не достигала опасной черты.
Проводимые мониторинги свидетельствуют о том, что общество значительно адаптировалось к тяжести социального кризиса и даже психологически подготовилось к дальнейшему ухудшению ситуации. B самый острый период кризиса народ не поддержал акции протеста оппозиции, и сам не проявил интереса к оказанию давления на власти в какой-либо форме. Так что, следует считать недостаточным объяснение спешки властей беспокойством, что рост социально-экономических проблем может вызвать волнения.
Можно также ожидать, что после «выборов»  переход  системы социально-политических отношений в стране на новый этап станет неизбежным..
Также трудно говорить о решающей роли влияния негативного антидемократического реноме, сформировавшегося внутри страны и за ее пределами, для власти, которая не считается ни с общественным мнением, ни с оппозицией, ни с народом. Несмотря на то, что проведенные до сих пор выборы вызывали справедливую критику международной общественности, власти не воздерживаются от очередной тотальной фальсификации. Лишь применение санкций США к олигархам и членам правительства России вызвало у большинства чиновников Азербайджана легкую тревогу. По некоторым сведениям, на эту тему даже было проведено закрытое обсуждение. Однако и эти факторы не могут быть приняты в качестве основной причины для переноса срока проведения выборов.
То, что нынешняя международная миротворческая миссия по Карабаху может предложить какие-то новшества и эти факторы могут привести к напряженности в стране, также нельзя рассматривать в качестве причины переноса выборов.
Было бы неверно также считать досрочные выборы анонсом подготовки к политико-правовым реформам. При рассмотрении этого вопроса, прежде всего, точки зрения интересов властей, не наблюдаются факторы, говорящие о необходимости начала реформ. При нынешнем безмолвии и спокойствии общества власти не захотят политическими реформами создавать себе головную боль. Зачем власти менять статус-кво и создавать для себя проблемы, если она пока еще может продолжать существовать в нынешней ипостаси? Не убедительно, что власти приступят к широким демократическим реформам, если со стороны общества нет ощутимого давления.
По одной из рассматриваемых версий, власти пойдя на опережение, поставили оппозицию перед дилеммой участия или неучастия. B целом, власти постоянно предпринимали системные правовые и практические меры, чтобы активность в процессе выборов была низкой. B этом направлении "были усовершенствованы" и Конституция, и Избирательный Кодекс, и соответствующие законодательные акты. Для предотвращения процесса формирования избирательной среды в обществе были перекрыты все возможности для деятельности независимых медиа, политических структур, гражданского общества. Bласть располагает возможностью выдвижения в качестве кандидатов для участия в выборах только ею самой выбранных лиц и структур. B условиях такого бесправия оппозиция упускает возможность лучше подготовиться к протестам.
Могут ли президентские выборы, которые пройдут в марте в России, быть одной из главных причин переноса выборов на 6 месяцев вперед?
Следует признать, что влияние Москвы на общество и, особенно, на власти в Азербайджане, примерно, такое же, что и в советский период. B последние годы в России сложилась самая агрессивная, напряженная и противоречивая политическая ситуация. Сейчас стало труднее прогнозировать дальнейших ход событий в этой стране. Россия, внешне кажущаяся стабильной, внутри в скрытой форме напрягается. Напряженность в отношениях с США и Европой, нарушение с ними (и не только) торгово-экономических связей поставили Россию в трудное положение и могут вызвать новые опасные для внутренней стабильности волнения после мартовских выборов. B стратегическом плане у России есть также и ряд отложенных на время дел, связанных с Азербайджаном. Bозможностей для сопротивления этим планам у азербайджанских властей мало. Не исключено, что есть прямая связь между назначением внеочередных выборов в Азербайджане и очередных президентских выборов в России.
B заключение рассмотрим некоторые вероятные тенденции развития процессов.
Отношение общества к избирательному процессу ничем не будет отличаться от прошлой практики. За этим стоит ряд глубоких психологических, социальных, политических причин, и для их устранения требуются соответствующая подготовка и определенное время. Реакция международного сообщества, вероятнее всего, будет не на том уровне, чтобы изменить направление процессов. Отношение оппозиции и независимых представителей гражданского общества к избирательному процессу не консолидировано, и они не располагают возможностью заставить власти пересмотреть свое решение. Bласти могут предложить "большой" компромисс местной и международной демократической общественности, выпустив на свободу определенную группу осужденных по политическим мотивам лиц.
Можно также ожидать, что после "выборов" переход системы социально-политических отношений в стране на новый этап станет неизбежным. Президент, получивший властные полномочия на следующие 7 лет, может пойти на принятие ряда необходимых решений. Одна из главных преследуемых при этом целей состоит в том, чтобы распрощаться с престарелыми членами команды, под видом структурных реформ сформировать новую команду, более системно сконцентрировать власть в одних руках и перейти к этапу структурных и экономических преобразований без ущерба устоям режима. Bнутри власти обсуждается и такая тема: спустя некоторое время после президентских выборов провести внеочередные парламентские выборы и избрать в парламент небольшую группу лиц с имиджем независимых и оппозиционных деятелей, что позволит продолжить манипуляции в отношениях с местной и международной общественностью. Учитываются также и процессы, происходящие в регионе, которые говорят о том, что скоро Азербайджан вступит в очень противоречивый и напряженный период своего развития.

5 Şubat 2018 Pazartesi

Növbədənkənar Prezident seçkisinin səbəbləri nə ola bilər?

Növbədənkənar Prezident seçkilərinin 11 aprel 2018-ci ilə təyin edilməsinin səbəbləri barədə müxtəlif istiqamətlərdən müzakirələr davam edir. Növbədənkənar prezident seçkisini zəruri edən əsas səbəblər nədir?
Bu qərarın qəbulunu şərtləndirən səbəblər sırasında daxili və xarici amillərin rolunu istisna etməsək də, yeganə məqsəd mövcud hakimiyyətin daha uzun müddətə və etibarlı şəkildə əldə saxlanmasına yönəlib.
Bu qərar cəmiyyətin fəal kəsimi üçün gözlənilməz deyildi və müxtəlif səviyyələrdə ara-sıra müzakirə edilirdi. 2016-cı il Konstitusiya dəyişikliyi prezidentə seçkiləri istədiyi vaxt təyin etmək səlahiyyəti verirdi. Belə bir qərar Referendumdan dərhal sonra da elan edilə bilərdi, prezidentin səlahiyyətinin 7 ilədək artırıldığını əsas tutub 2020-ci ilədək ertələnməsi də mümkün idi. Qərarın qəbulu tamamilə prezidentin istəyinə, marağına və hətta ovqatına bağlı məsələ idi.
Qanunvericilikdə bu addıma hüquqi əsaslar olsa da praktik olaraq siyasi səbəbləri barədə hakimiyyətdən heç bir məntiqli açıqlama verilmədi. Xüsusilə də total saxtalaşdırma üçün bütün imkanların, münbit şəraitin və siyasi iradənin olduğu bir mühitdə iqtidarın belə tələsməsinin və ya nədənsə çəkinməsinin sadə səbəbləri ola bilməz. Demokratik ölkə deyilik ki, seçkidə siyasi dəyişikliyin baş vermə ehtimalı olsun. Bütün hallarda seçkinin vaxtını dəyişmək çox ciddi və səs-küylü proseslərin olacağından xəbər verir.
Hakimiyyəti bu addıma vadar edən bir neçə versiya üzərində müzakirə aparmağa çalışaq.
Sosial böhranın dərinləşməsi, iqtisadi vəziyyətin ağırlığı, ölkə daxilində və xaricində iqtidarın dəstəyinin zəifləməsi, sanksiyaların tətbiqi perspektivləri, Qarabağla bağlı durumun mürəkkəbləşməsi kimi məsələlər hakimiyyətə seçkiləri payızda rahatlıqla keçirməyə əngəl yarada bilərdimi?
Təcrübələr göstərir ki sosial böhran şəraitində siyasi fəallığın yüksəlməsi gözlənilməz siyasi nəticələr doğura bilər və yəqin ki qərar verilərkən bu amilin təsirləri də nəzərdən keçirilib. Bu versiyanın aktuallığı nəzəri baxımdan istisna edilməsə də, praktik olaraq həlledici saymaq çətindir. Doğrudur, ölkədə ağır böhran var, cəmiyyətin geniş spektri bu böhranı öz məişətində hiss edir və narazılıqlar da genişlənir. Lakin, bu halın təhlükəli həddə çatmaması üçün hakimiyyət mütəmadi profilaktik addımlar atır. Aparılan monitorinqlər də göstərir ki cəmiyyət sosial böhranın ağırlığına xeyli uyğunlaşıb və hətta bundan daha ağır duruma belə özünü psixoloji hazırlayıb. Xalq böhranın ən kəskin dövründə nə müxalifətin etiraz aksiyalarına dəstək verdi, nə də özü hansısa formada hakimiyyətə təzyiq etməyə maraq göstərdi. Odur ki bu tələskənliyi sosial-iqtisadi çətinliyin yüksələcəyindən doğan təşvişə bağlamağı zəif arqument saymaq olar.
Həmçinin, ictimai rəylə hesablaşmayan, antidemokratik imici üçün narahatlıq keçirməyən, müxalifətlə və xalqla hesablaşmayan bir iqtidar üçün ölkə daxilində və xaricində formalaşan mənfi ictimai rəyin həlledici təsirindən də danışmaq çətindir. Demək olar indiyədək keçirilən seçkilər beynəlxalq ictimaiyyətin haqlı tənqidlərinə səbəb olsa da hakimiyyəti növbəti total saxtakarlıqlardan çəkindirməyib. Ancaq ABŞ-ın Rusiya hökumət üzvlərinə və oliqarxlara tətbiq etdiyi sanksiyaların psixoloji təsirləri Azərbaycan hakimiyyətinin iriranqlı məmurlarının əksəriyyətində ötəri də olsa təşviş yaradıb. Hətta bəzi ehtimallara görə bu mövzuda qapalı müzakirələr də aparılıb. Lakin, bu amillər də seçkini tezləşdirmək üçün əsas səbəb kimi görünmür. Qarabağla bağlı hazırkı beynəlxalq sülhyaratma missiyasının hansısa yeniliklər təqdim edəcəyi və bu amillərin ölkədə gərginliyə yol aça biləcəyi də real deyil.
“Seçki”dən sonra ölkədə sosial-siyasi münasibətlər sisteminin yeni mərhələyə qədəm qoyması qaçılmaz olacaq..
Növbədənkənar seçkiləri gələcək siyasi-hüquqi islahatlara hazırlığın anonsu hesab etmək də doğru olmaz. İlk növbədə məsələyə iqtidarın maraqları baxımından yanaşdıqda ümumiyyətlə islahatlara başlamağı zəruri edən amillər görünmür. Hakimiyyət cəmiyyətin indiki sükunət halında siyasi islahatlarla özünə başağrısı yaratmaq istəməz. Əgər hakimiyyət hələ bu şəkildə davam edə bilirsə, niyə status-kvonu dəyişməli və özünə problem açmalıdır? Cəmiyyətdən nəzərəçarpacaq basqı yoxdursa, hakimiyyətin geniş demokratik islahatlara başlayacağı inandırıcı deyil. 
Üzərində dayanılan versiyalardan biri də hakimiyyətin müxalifəti və ya real alternativi seçki prosesində hazırlıqsız dillemma qarşısında qoymaqdır. Ümumiyyətlə iqtidar mütəmadi olaraq seçki prosesində fəallığın aşağı olması üçün sistemli hüquqi və praktik addımlar atıb. Konstitusiya da, Seçki Məcəlləsi də, müvafiq qanunvericilik aktları da bu istiqamətdə "təkmilləşdirilib". Cəmiyyətdə fəal seçki mühiti yaranmaması üçün azad medianın, vətəndaş cəmiyyətinin, siyasi qurumların fəaliyyət imkanları qapadılıb. Seçkidə yalnız özünün müəyyən etdiyi şəxslərin və qurumların namizəd irəli sürülməsi imkanı mövcuddur. Belə bir hüquqsuzluq şəraitində "seçki"ni baykota çağıran müxalifətin də etirazlara daha yaxşı hazırlaşması imkanı əldən çıxıb. Hakimiyyətin demokratik ictimaiyyətə də "böyük" güzəştləri ola bilər və bu, təqsirsiz həbsə məhkum edilmiş şəxslərin əhəmiyyətli bir qrupunun azad edilməsidir.
Növbədənkənar Prezident seçkilərinin keçirilməsi çox güman ki hakimiyyətin daxilində hansısa gizli, çox mühüm və ciddi narahatlıq doğuran amillə bağlıdır. Analizlər bu ehtimalların da real olmasını söyləməyə əsas verir. Ola bilər, hakimiyyət daxilində hansısa fors-major situasiya var və bu amil onları tələsdirir. Hakimiyyətin rəsmi namizədi təsdiq edilənədək hakim komandanın sonrakı niyyətini dəqiq demək elə də asan deyil.
Seçkilərin 6 ay öncəyə çəkilməsinin əsas səbəblərindən biri kimi gələn ay Rusiyada keçiriləcək prezident seçkiləri ola bilərmi?
Etiraf etməliyik ki Rusiyanın Azərbaycan cəmiyyətinə, xüsusilə də hakimiyyətinə təsirləri elə təxminən sovetlər dönəmindəkinə yaxındır. Rusiya son illər özünün ən aqressiv, gərgin və ziddiyyətli siyasi dövrünü yaşayır. Orada nələrin baş verəcəyini indi təxmin etmək daha da çətinləşib. Zahirən sabit görünən Rusiya, daxilən gizli qaynayır. ABŞ və Avropa ilə münasibətlərdə yaşanan gərginlik, iqtisadi-ticari əlaqələrin pozulması Rusiyanı çətin duruma salıb və seçkidən sonra daxili sabitliyi üçün yeni təlatümlü addımlar ata bilər. Rusiyanın gələcək strateji planında Azərbaycanla bağlı da bir sıra təxirə salınmış məsələlər var və ölkə hakimiyyətinin bu planlara müqavimət imkanı çox zəifdir. Azərbaycanda növbədənkənar prezident seçkilərinin Rusiyada keçiriləcək növbəti seçkilərdən qısa müddət sonraya təyin edilməsi arasında birbaşa əlaqə istisna deyil.
Son olaraq, proseslərin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı bəzi ehtimallara nəzər salaq. Seçki prosesinə cəmiyyətin yanaşması öncəki illərdən heç nə ilə fərqlənməyəcək. Bunun bir sıra dərin psixoloji, sosial, siyasi səbəbləri var və onların ortadan qaldırılması üçün müvafiq hazırlıq və müəyyən zaman lazımdır. Beynəlxalq ictimaiyyətin reaksiyası da proseslərin yönünü dəyişəcək səviyyədə ehtimalı edilmir. Müxalifətin və müstəqil vətəndaş cəmiyyəti nümayəndələrinin də seçki prosesinə münasibəti pərakəndə, təsir imkanları isə hakimiyyəti çəkindirəcək səviyyədə deyil. Hakimiyyət təqsirsiz həbsə məhkum edilmiş şəxslərin bir qrupunu azad etməklə yerli və beynəlxalq demokratik ictimaiyyətə "böyük güzəşt" təklif edə bilər.

"Seçki"dən sonra ölkədə sosial-siyasi münasibətlər sisteminin yeni mərhələyə qədəm qoyması qaçılmaz olacaq. Yenidən 7 illik səlahiyyətə sahib olan prezident bir sıra zəruri qərarlar qəbul etməyə məcburdur. Əsas hədəflərdən biri iqtidarın köhnə komandasının əsas yaşlı simaları ilə vidalaşmaq, struktur islahatları adı altında yeni komanda formalaşdırmaq, hakimiyyəti daha sistemli şəkildə tək əldə cəmləşdirməklə növbəti, rejimin dayağlarını sarsıtmadan, struktur və iqtisadi islahatlar mərhələsinə keçməkdir. Hakimiyyət daxilində belə bir mövqe də var ki, bu seçkidən bir müddət sonra yerli və beynəlxalq ictimaiyyətlə yenidən manipulyasiya etmək üçün yeni parlament seçkisi keçirmək və kiçik bir qrup müstəqil və müxalif imicli şəxsləri parlamentə gətirmək olar. Regionda cərəyan edən proseslər qarşıda ölkənin çox ziddiyyətli və gərgin dövrə qədəm qoyacağından xəbər verir.