11 Ağustos 2019 Pazar

Hömrüz Boğazında böhran... İran-İngiltərə və ABŞ gərginliyinin səbəbləri.


İkinci dünya müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) yaranması ilə dünyada beynəlxalq hüquqa əsaslanan balanslı siyasət yürüdülməyə başladı. Beynəlxalq münasibətlərin tənzimlənməsində güc amili mövcud olsa da beynəlxalq hüquqün kobud şəkildə pozulması halları geniş yayılmamışdı.

Sovet İttifaqı dağıldıqdan sonra dünya tədricən təkqütblü güc amilinə dayanan siyasətə doğru istiqamətləndi. Beynəlxalq hüququn üstünlüyünü real gücə söykənən siyasət əvəzləməyə başladı. Əlində hərbi-siyasi, iqtisadi güc olan iri dövlətlər üçün beynəlxalq hüququn prinsipləri əsasən arxa plana keçdi.

Məhz bu amillər son illər dünyada gərginliyin, ziddiyyətlərin, lokal müharibələrin, terrorizmin, humanitar və demoqrafiq problemlərin artmasına gətirib çıxarıb. Böyük dövlətlər öz maraqlarını diqtə etdirmək üçün güc amilinə arxalandıqlarını hər fürsətdə açıq göstərir. Bu dövlətlər üçün xarici siyasətdə beynəlxalq hüquq anlayışı sadəcə olaraq görüntüdür. İngiltərə və İran arasındakı tanker böhranı da bu qəbildəndir.   

Böyük dövlətlərin gücə söykənən yanaşmasını nəzərə alan orta ranqlı dövlətlər də öz milli təhlükəsizliyini təmin etmək istiqamətində məcburən müasir silahlanmaya intvestisiya qoyur, öz təhlükəsizliyini sərhədlərindən kənarda təmin etməyə cəhd göstərir.
Hazırda öz hərbi-siyasi üstünlüyünü diqtə etməklə siyasət yürüdən dövlətlərin başında ABŞ və müttəfiqləri dayanır. Eyni zamanda Rusiya və Çin də bu istiqamətdə müəyyən addımlar atır.

Xüsusilə də regionda lokal müharibələrin, separatizmin, terrorizmin bu amillərdən qaynaqlanması barədə iddialar da artmaqdadır. Regionda böyük dövlətlərin parçalanması, yeni dövlətlərin yaranması, unitar dövlət modelindən federal dövlət modelinə keçid kimi siyasi planların olması da iddialar arasındadır.

ABŞ-İran arasındakı gərginliyin kökündə iqtisadi və geosiyasi amillərlə yanaşı, məhz son illər ABŞ-ın Orta Doğuda tətbiq etməyə çalışdığı yeni siyasət dayanır. Sovetlərin dağılmasından sonra ABŞ Orta Doğunu yenidən şəkilləndirməyə yüz milyardlarla dollar vəsait xərcləyib. Bu bölgədə tarixən mövcud olan iri və güclü dövlətlərin mövcudluğu ABŞ-ın planlarına əngəl yaradır. Bütün vasitələrlə böyük və ideoloji-siyasi nüfuzu olan dövlətlərin zəiflədilməsi yönündə çalışmalar davam edir. İki il öncə 50 İslam ölkəsinin təmsilçilərini Riyadda bir araya gətirən ABŞ administrasiyası Ərəb və İslam ölkələri zirvə toplantısı ilə müsəlman dövlətlərinin gələcək əməkdaşlığının çərçivəsini müəyyənləşdirmək niyyətini ortaya qoymuşdu.

ABŞ-ın hazırkı Tramp administrasiyasının Orta Doğuya yönəlik siyasət doktrinasında İsrailin və Ərəb birliyi dövlətlərinin dost, İranın isə düşmən dövlət kimi təqdim edilməsi də təsadüfi deyil.  ABŞ davamlı olaraq öz vətəndaşlarına və müttəfiqlərinə İranı düşmən dövlət kimi təbliğ edir. Bununla həm xarici siyasətdə atdığı beynəlxalq hüquqa zidd hərbi-siyasi addımları öz vətəndaşlarına qəbul etdirir, həm də xərclədiyi iri məbləğdə pullara görə vətəndaşlarından tənqid almır. 

Təsadüfi deyil ki Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci ilin 11 sentyabr terror aktından sonra ABŞ cəmiyyətində islamafobiya dərin iz qoyub.  Nyu-York şəhərində  törədilən terrordan sonra ABŞ hərbiçilərinin İraqda və Əfqanıstanda apardığı müharibəyə Amerika ictimaiyyətindən böyük dəstək gəlmişdi. Müharibə xərclərinin ayrılması üçün Konqress dərhal qərar qəbul etmişdi.

Tramp administrasiyası da xarici siyasətdə bu ənənəyə sadiqdir. Öncə cəmiyyətdə qorxunc xarici düşmən obrazı yaradılır, daha sonra isə bu düşmənlə mübarizə taktikası seçilir. Hətta bu yanaşma seçkilərdə qalib gəlmək üçün də istifadə olunur.

İran Orta Doğunun əsas oyunçuları sırasındadır. İranın Orta Doğuda fəal siyasət yürütməsi ABŞ və müttəfiqlərinin uzaq planlarına uyğun deyil.  ABŞ-ın İrana tətbiq etdiyi iqtisadi sanksiyalar İran iqtisadiyyatını zəiflətsə də, onu öz xarici siyasətindən çəkindirməyib. Bu sanksiyalar yalnız İran iqtisadiyyatına deyil, həm də onunla iqtisadi-ticarət əlaqələrində olan dövlətlərə də mənfi təsir edir. ABŞ-ın sanksiyalarına nəinki rəqiblər, hətta bəzi müttəfiqlər də tənqidi yanaşır. İrana hərbi müdaxilə variantı da hələki bəyanat səviyyəsindədir və bu situasiyada daha irəli getməsi ehtimalı azdır.

Hətta ABŞ-ın nüfuzlu strateqləri də hesab edir ki İrana hərbi müdaxilə etmək uğurlu variant deyil. Bu, ABŞ-ın Orta Doğudakı  maraqlarını tamamilə təhlükəyə ata bilər. Eyni zamanda Avropa İttifaqı, Çin, Türkiyə və Rusiya da bu planın gerçəkləşməsinə razı deyil.  Xüsusilə də nəzərə almaq lazımdır ki ABŞ-ın hazırda belə bir addım atmasından ABŞ-dan çox qonşuluqdakı Rusiya qazana bilər. 
Rusiya prezidenti Vladimr Putin ABŞ-İran gərginliyini şərh edərkən  “biz yanğınsöndürən deyilik” ifadəsinin arxasında ABŞ-la hansısa gizli razılaşma deyil, Tramp administrasiyasını İrana hərbi müdaxiləyə şirnikləndirmək məqsədi də istisna deyildi.  ABŞ İrana qarşı belə bir addım atarsa Rusiyanın dərhal Cənubi Qafqazda və Xəzər dənizində tamamilə yeni və gözlənilməz siyasət yürüdəcəyi ehtimalı var. Eyni zamanda Rusiya Hömrüz Boğazında da öz hərbi-siyasi varlığını göstərməyə çalışacaq. Həmçinin Türkiyənin də öz sərhədlərindən kənarda yeni və irimiqyaslı hərbi əməliyyatlara start verəcəyi istisna deyil. Bu isə qərbin strateji maraqlarına daha ağır zərbə ola bilər.

İran qədim dövlətçilik ənənəsinə malik unitar dövlətdir. Analizlər göstərir ki İran cəmiyyətinin oturuşmuş tarix şüuru, dini ideologiyası, siyasi təfəkkürü və ictimai proseslərə yanaşması, habelə mülkiyyət münasibətlərindən doğan sosial mühiti Orta Doğunun digər dövlətlərindən xeyli fərqlidir. İranın sosial-siyasi özünəməxsusluğu var. İraqda, Əfqanıstanda, Suriyada və digər ərəb ölkələrində uğurla sonuclanan siyasət İranda fərqli nəticə doğura bilər.

ABŞ-İran arasındakı problemlərin həlli müşkül olsa da, onun tezliklə yeni fazaya keçəcəyi ehtimalı da istisna deyil. ABŞ İranla bağlı siyasi-hərbi strategiyasına yeni əlavələr etmək məcburiyyətindədir. 
İngilis donanmasının 4 iyulda Cəbəllütariq boğazında İrana aid Panama bayrağı altında üzən tankerini Avropa Birliyinin Suriyaya tətbiq etdiyi embarqonu pozaraq Suriyaya neft daşıdığı iddiası ilə saxlaması da bu prosesə yeni forma və məzmun verir.

İranın "Grace 1" adlı tankerinin saxlanmasına adekvat reaksiya verəcəyi gözlənilən idi. Bu adekvat addım özünü çox gözlətmədi. İran hərbi donaması da Hömrüz Boğazından keçən İngilis gəmisinə qarşı adekvat addım atdı. İran öz addımının beynəlxalq dəniz hüququna uyğun olduğunu irəli sürsə də,  bu addım ABŞ, İngiltərə-İran gərginliyini daha da artırıb. Artıq İngiltərə və ABŞ-ın Hömrüz Boğazından keçən tankerlərini hərbi donama müşayət edəcək.

ABŞ və müttəfiqləri İranın neft satışına, ticarət və iqtisadi əlaqələrinə həlledici zərbə vurmaq üçün bütün imkanlarını səfərbər edib.  Hazırda Hömrüz Boğazı həm İran həm də ABŞ üçün ən kritik nöqtədir. Münasibətlərin diplomatik  çözüm imkanları tükənməsə də, hər an təxribatların baş vermə ehtimalı yüksək olaraq qalır. Tarixdə bir neçə dəfə Hömrüz Boğazı ətrafında belə böhranlı situasiya yaranıb. Xüsusilə də 1980-ci illərdə 8 illik İran-İraq müharibəsi zamanı neft daşıyan tankerlərə açıq hərbi müdaxilələr baş verib. 2012-ci ildə də ABŞ-İran arasında Hömrüz Boğazı ilə bağlı kəskin böhran yaşanmışdı. Hərbi toqquşma olmadan tərəflər problemi həll edə bilmişdi.

Hömrüz Boğazı İran üçün nə qədər həyati əhəmiyyət daşıyırsa, ABŞ və müttəfiqləri üçün də bir o qədər strateji əhəmiyyətə malikdir. Hazırda dünyada tankerlərlə neft daşımaçılığında Hömrüz Boğazı 40% -lik nəticə ilə ilk yerdədir. Bu Boğazdan gəmilərlə gündə təqribən 18 milyon barel neft daşınır. Belə bir strateji əhəmiyyətli keçiddə yarana biləcək istənilən hərbi gərginlik dünyada neftin qiymətinin kəskin yüksəlməsinə səbəb ola bilər. Bu isə Rusiyanın maraqlarına uyğun olsa da bütövlükdə Avropa və Asiyanın iqtisadiyyatında öz mənfi təsirini göstərə bilər.


22 Mayıs 2019 Çarşamba

İqtidarın sosial şəbəkələrə yönələn yeni siyasəti

Cəmiyyətdə hakimiyyətə münasibətin formalaşmasında televiziyaların həlledici rolu xeyli zəifləyib. Hakimiyyətin efirin gücündən maksimum yararlanaraq sadə əhali arasında özü ilə bağlı formalaşdırdığı xüsusi obraz tədricən dağılır. İndiyədək mövcud olan toxunulmaz, alternativsiz, əbədilik obrazını artıq öncəki inzibati-siyasi metodlarla saxlamaq mümkün deyil. Xüsusilə də sosial şəbəkələrin ictimai rəyə təsir imkanlarının genişlənməsi və hakimiyyətin sosial şəbəkələrdə müxalifətə uduzması açıq müşahidə olunur.
***
Sosial şəbəkələrin ictimai rəyə təsir imkanları hansı səviyyədədir?
Müşahidələr göstərir ki, artıq ölkədə ictimai rəyi əsasən ümumölkə televiziyaları deyil, sosial şəbəkələr yaradır. Yetkin və fəal insanların mütləq əksəriyyəti gündəlik xəbərləri, ciddi sosial-siyasi analizləri, ictimai-siyasi diskussiyaları və müzakirələri sosial şəbəkələrdən izləyir. Uzun müddətdir ölkədə mövcud olan informasiya blokadası tədricən dağılır.
Vətəndaşlar alternativ fikirlərə çıxış əldə ediblər, müqayisə aparmaq imkanı yaranıb və özünüifadə müstəvisisindən yararlanmağa çalışır. Mobil rabitənin, İnternet kommunikasiya texnologiyalarının sürətli inkişafı getdikcə insanları məlumatlara əlçatan edib. İnsanlar arasında operativ virtual əlaqə imkanlarının artması da cəmiyyətə müsbət impuls verməkdədir. Cəmiyyətin bütün sahələrində ictimai fəallıq yüksəlir.
Eyni zamanda müxalifətin qanuni fəaliyyətinin bütün müstəvilərdə qapadılması onları sosial şəbəkələrdə daha fəal olmağa vadar edib. Müxalifətin sosial şəbəkələrdə fəaliyyəti sistemli qurulmasa da bütün virtual müstəvilərdə hakimiyyəti üstələyir. Hətta Milli Şuranın 19 yanvar 2019-cu il tarixli mitinqi ilə bağlı sosial şəbəkələr üzərindən apardığımız sorğu-monitorinqlərdən məlum oldu ki, bu mitinqdə iştirak edən respondentlərin təqribən 82%-i mitinq barədə məlumatı məhz sosial şəbəkələrdən alıb.
Hakimiyyətin sosial şəbəkələrə texniki əngəl yaratmaq imkanı varmı?
Texniki baxımdan sosial şəbəkələrin tamamilə qapadılması mümkün deyil. İnternetin yayım məkanı mövcud olduğu müddətdə belə bir addımın heç bir önləyici təsiri ola bilməz. Ölkədə İnternetin tamamilə qapadılması da istisnadır.
İqtidar sosial şəbəkələrə nəzarət istiqamətində bir neçə dəfə cəhd göstərsə də uğurlu nəticə ala bilməyib. Ölkədə bir çox müstəqil və müxalif saytlara girişin bloklanması təcrübəsi yaxın dövrdə sınaqdan keçirildi. Ancaq bu qərarların hökumətə siyasi və psixoloji əks təsirləri daha çox toxundu. Çoxsaylı köməkçi proqramlar vasitəsi ilə ölkə daxilindən bütün saytlara girişlər mümkün olduğuna görə bu qərarların ciddi əhəmiyyəti qalmadı.
Hüquq-mühafizə orqanlarının gücü ilə sosial şəbəkələrə nəzarətin həyata keçirilməsi təcrübəsi isə daha böyük uğursuzluqla sonuclandı. Sosial şəbəkə fəallarının həbsi birmənalı olaraq ifadə azadlığının boğulması kimi qiymətləndirildi və beynəlxalq hesabatlarda ölkəyə qarşı əlavə təzyiqlərə səbəb oldu. Eyni zamanda, ölkə daxilində müəyyən etik və qanuni çərçivəni gözləyərək tənqid edən ictimai-siyasi fəalların yerini xaricdən yayımlanan yeni fəallar tutdu. Ölkə daxilində çox böyük sürətlə izləyicilər toplayan bu yayınlar hökumət üçün daha ciddi problemə çevrildi. Hakimiyyət gözləmədiyi halda bütün mənəvi çərçivələri aşan tənqid və təhqirlərlə üzləşdi.
Hakimiyyət virtual müstəviyə necə nəzarət etməyə çalışır?
İnzibati metodlarla sosial şəbəkələrin önündə sədd yaratmaq mümkün olmadığına görə hökumət yeni yanaşma sərgiləmək məcburiyyətində qalıb. Əsasən iki istiqamətdə çalışmalar diqqəti çəkir.
Birincisi, çoxsaylı izləyiciləri olan müxalif və müstəqil virtual səhifələrə kütləvi "troll" müdaxiləsi, digəri isə hakimiyyət nümayəndələrinin və onun siyasətini dəstəkləyən şəxslərin sosial şəbəkələrdə fəal mövqe ifadə etməsidir.
Müşahidələr göstərir ki, çox primitiv təşkil edilən "troll" fəaliyyəti tamamilə hakimiyyətin əleyhinə işləyir. Virtual ictimai rəyin formalaşmasına təsiri "yox" səviyyəsindədir. Əsasən müdafiə taktikası üzərində qurulan bu yanaşma kənar izləyicilərdə hökumət tərəfdarlarını xeyli zəif və çarəsiz göstərir. Həmçinin bu işə muzdlu və könüllü cəlb edilmiş şəxslərin özlərində də hökumətin gələcək perspektivinə ciddi şübhələr oyadır.
Eyni zamanda mövzulara aid olmayan şablon şərhlərin, təhqirlərin, qarayaxma və ələsalmaların mənfi yükünü dolayısı ilə hakimiyyətin öz üzərinə yükləyirlər. Nədənsə bu "tərəfdarlar" bütün virtual müstəvilərdə arqumentli açıq müzakirələrdən yayınırlar. Bəzən bir saatlıq canlı yayım zamanı fərqli adlarla dəfələrlə eyni şərhləri yazmaqla sanki öz "missiya"larını bitmiş sayırlar.
"Troll" fəaliyyətinin müxalifətə qarşı istifadə edilən nisbətən effektli hissəsi əsasən canlı efirlərə zəng edərək birbaşa verilişlərə qoşulan hazırlıqlı şəxslərdir. Kişilərdən və qadınlardan ibarət olan bu peşəkar qrupun işi daha təsirlidir. Bu qrup mütəmadi canlı yayımlara zəng edir və fərqli regionların ləhcələri ilə danışmaqla ölkədəki mövcud problemləri kəskin şəkildə səsləndirirlər. Hökuməti çox sərt tənqid etməklə izləyicilərin etimadını qazanmağa və diqqəti özlərinə cəlb etməyə çalışırlar. Həlledici anda mütləq müxalifət barəsində elə ifadələr səsləndirirlər ki, sadə izləyicilərdə tərəddüd və çaşqınlıq yaratmağa nail olurlar.
İkinci istiqamət üzrə yeni çalışmaları hələlik birmənalı qiymətləndirmək çətindir. Hakimiyyət nümayəndələrinin və dəstəkçilərinin sosial şəbəkələrdə canlı çıxışı, fəal mövqe ifadə etmək cəhdləri, müzakirələrə meyllənməsi müsbət haldır. Öncəki inzibati basqılarla müqayisədə bu yanaşma xeyli uğurlu sayıla bilər. Hökumət tərəfdarlarının yeni virtual yayım platformaları yaratması, sosial şəbəkələrdə sosial-siyasi diskussiyalara qoşulması müsbət tendensiyadır.
Hakimiyyətin sosial şəbəkələrə fəal qoşulması nə ilə nəticələnə bilər?
Cəmiyyətdə ictimai rəyə təsir göstərən şəxsləri son illərədək əsasən ölkə televiziyaları formalaşdırmışdı. Bu şəxslər istisnasız olaraq hakimiyyətin siyasətinə dəstək məqsədi ilə efirlərdən çıxış edirdi.
Artıq ölkədə sosial şəbəkələrin təqdim etdiyi yeni çoxsaylı ictimai rəy liderləri var. Bu şəxslərin əksəriyyəti məhz cəmiyyətin gerçək iradəsinin ifadəçisidir. Hakimiyyət ölkədəki sosial problemləri həll etmədən, hüquq və azadlıqların pozulması ilə bağlı neqativləri ortadan qaldırmadan, azad seçki keçirmədən gerçək rəy liderlərinin dəstəyini alması çətin olacaq.
Eyni zamanda bu problemlər qaldıqca hökumət üzvlərinin və tərəfdarlarının açıq müzakirələrə qoşulması da effektli ola bilməz. Sosial şəbəkələrin çox sürətlə yaratdığı yeni sosial-siyasi mühit iqtidarın dəyişməsini zəruri edir. Problemlərin səbəblərinə və həllinə yanaşmadan tutmuş, idarəetmə sisteminədək köklü dəyişikliklər qaçılmazdır.

Новая политика властей, направленная в соцсети

Роль телевидения в формировании в обществе отношения к власти значтельно ослабла. Особенный образ, который власти создали о себе среди населения, максимально использовав при этом силу эфира, постепенно разрушается. Уже невозможно административно-политическими методами как раньше сохранять существующий до сих пор неприкосновенный, безальтернативный, вечный образ. В особенности же с усилением возможностей влияния общественного мнения в социальных сетях, где власти явно проигрывают оппозиции.
***
На каком уровне находятся возможности влияния соцсетей на общественное мнение?
Наблюдения показывают, что в основном в стране общественное мнение создает не ТB, а соцсети. Bзрослые активные люди в большинстве своем в обязательном порядке отслеживают ежедневные новости, серьезный политический анализ, общественно-политические дискуссии и обсуждения в соцсетях. Существовавшая в стране на протяжении длительного времени информационная блокада постепенно разрушается.
У граждан появилась возможность выхода на альтернативное мнение, посоревноваться, они стараются использовать возможность самовыражения. Стремительное развитие мобильной связи, интернет-коммуникационных технологий с каждым разом делает информацию все более доступной для людей. Рост оперативно-виртуальных связей между людьми тоже дает положительный импульс, общественная активность во всех областях общества растет.
B то же время перекрытые для законной деятельности оппозиции всех возможностей, вынуждают ее быть еще более активной в соцсетях. И хотя деятельность оппозиции в соцсетях не системна, тем не менее, во всей виртуальной плоскости она опережает власти. Из проведенных в связи с митингом Нацсовета 19 января 2019 года мониторингов и опросов стало известно, что 82% опрошенных респондентов, участвовавших в митинге, узнали о нем из соцсетей.
Имеются ли у власти технические возможности создавать помехи в социальных сетях?
С технической точки зрения полностью перекрыть соцсети невозможно. При наличии Интернета это шаг будет не эффективным. Полное отключение интернета в стране исключение.
Bласти хоть и попытались несколько раз установить контроль в соцсетях, успешного результата добиться не удалось. B стране совсем недавно была апробирована блокировка многих независимых и оппозиционных сайтов. Однако политический и психологический противоположный эффект этих решений оказался для правительства более сильным. Bвиду того, что посредством многочисленных вспомогательных программ вход на эти сайты стал возможен изнутри страны, эти решения более несерьезны.
А практика осуществления контроля в соцсетях силами правоохранительных органов завершилась большой неудачей. Арест активистов соцсетей был однозначно расценен как удушение свободы выражения, это стало причиной дополнительного давления на страну в международных отчетах. B то же время в стране место критикующих общественно-политических активистов, соблюдающие определенные этические и законные рамки, заняли новые активисты, вещающие из-за рубежа. Bнутри страны эти вещатели собрали достаточно быстро зрителей и это стало для власти более существенной проблемой. Bласти, не ожидали этого эффекта бумеранга, подвергнувшись критике и оскорблениям, вышедшим за все моральные рамки.
Как власти пытаются контролировать виртуальную реальность?
Безуспешность попыток локализации деятельности социальных сетей административными мерами, вынудило власти прибегнуть в этом плане к новому методу, по которому соответствующая работа ведется, в основном, в двух направлениях.
Это, во-первых, массовое "троллевое" вмешательство в работу оппозиционных и независимых сайтов, имеющих многочисленных посетителей, а во-вторых, занятие активной позиции в социальных сетях представителями правительства и лицами, поддерживающими политику властей.
Наблюдения показывают, что очень примитивно организованное троллирование целиком работает против самих властей, и не оказывает никакого влияния на формирование виртуального общественного мнения. И при его осуществлении, главным образом, основанного на оборонительной тактике, "фанаты" правительства выглядят в глазах сторонних наблюдателей весьма слабыми и беспомощными. Кроме того, у самих наемных и добровольных его исполнителей возникают серьезные сомнения в плане перспектив правительства.
B то же время, весь негативный заряд не относящихся к темам шаблонных комментариев, оскорблений, очернений и издевательств бумерангом переносится на сами власти. По какой-то причине все эти "фанаты" избегают открытых аргументированных виртуальных дискуссий. И часто они считают свою "миссию" выполненной многократным повторением под разными именами одних и тех же комментариев в течение часа прямой трансляции.
Относительно эффективная, более действенная форма троллирования против оппозиции в основном состоит из непосредственного, по телефонному звонку, подключения к прямому эфиру специально подготовленных лиц. Эта профессиональная группа людей обоего пола регулярно звонит на студию во время прямого эфира, говорит на диалектах разных регионов и резко очерчивает имеющиеся в стране проблемы.
Острой критикой властей они пытаются завоевать доверие зрителей и привлечь к себе внимание. И в решающий момент, используя против оппозиции специально составленные особые выражения, они сеют семена сомнения и растерянности в сознание простых зрителей.
Пока трудно однозначно оценить новые приемы второго типа. Живые выступления представителей и сторонников властей в социальных сетях и их попытки выразить активную позицию, склонность к дискуссиям в целом явление позитивное. И по сравнению с предыдущими мерами административного давления, этот способ может считаться значительно удачным. Создание сторонниками властей новых виртуальных платформ вещания, подключение к социально-политическим дискуссиям в социальных сетях представляет собой положительный тренд.
Чем может закончится активность власти в соцсетях?


До последних лет влияние на общественное мнение в основном оказывало ТB. По телеканалам выступали лица, которые без исключения поддерживали политику власти в эфире. B настоящее время соцсети страны представили новых многочисленных лидеров общественного мнения. Большинство из них выражают настоящую волю общества. Без решения социальных проблем в стране, устранения негатива в связи с нарушением прав и свобод, без проведения свободных выборов получить поддержку таких лидеров будет сложно. И потом, при наличии этих проблем представителям власти и их сторонникам будет сложнее присоединяться к открытым обсуждениям, это не возымеет эффекта. Столь стремительно созданная соцсетями новая социально-политическая атмосфера делает необходимым реформирование власти. Начиная от причин и подхода к проблемам до коренных изменений в системе управления - и это неизбежно.

New Policy of Authorities, Directed to Social Networks

The role of television in shaping attitudes towards the government has weakened considerably. The special image that the authorities have created about themselves among the population, having maximally used the power of the ether, is gradually being destroyed. It is no longer possible by administrative-political methods as before to preserve the still untouchable, indispensable, or eternal image - especially with the increasing possibilities of public opinion influence in social networks, where the authorities are clearly losing the game to the opposition.
***
What is the level of influence of social networks on public opinion?
Observations show that, mainly in the country, public opinion is created not by TV, but by social networks. Adult active people for the most part keep track of daily news, serious political analysis, social and political discussions and discussions in social networks. The information blockade that existed in the country for a long time is gradually being destroyed.
Citizens have the opportunity to express an alternative opinion and to make comparisons; they are trying to use the opportunity to express themselves. The rapid development of mobile communications and Internet communications technology makes information more and more accessible to people. The growth of operational-virtual relations between people also gives a positive impetus, and social activity in all areas of society is growing.
At the same time, all the opportunities blocked for the legitimate activities of the opposition force it to be even more active in social networks. And although the activity of the opposition in social networks is not systemic, it is ahead of the authorities in the whole virtual plane. From the monitoring and polls conducted in connection with the National Council rally on January 19, 2019, 82% of the respondents who participated in the rally learned about it from social networks.
Do the authorities have the technical ability to interfere with social networks?
From a technical point of view, it is impossible to completely block social networks. If the Internet is available, this step will not be effective. Full Internet shutdown in the country is an exception.
The authorities, although they tried several times to establish control in social networks, failed to achieve a successful result. They have recently tested blocking many independent and opposition websites. However, the political and psychological opposite effect of these decisions turned out to be stronger for the government. Due to the fact that, through numerous support programs, entry to these websites became possible from within the country, these decisions are no longer serious.
And the practice of monitoring in social networks by law enforcement agencies ended in a big failure. The arrest of social network activists was unambiguously regarded as a strangulation of freedom of expression, which caused additional pressure on the country in international reports. At the same time, new activists from abroad have taken the place of the criticizing socio-political activists who observe certain ethical and legal frameworks. Inside the country, these broadcasters gathered the audience quite quickly, and this became a more significant problem for the authorities. The authorities did not expect this boomerang effect, subjected to criticism and insults that went beyond all moral limits.
How are the authorities trying to control virtual reality?
The failure of attempts to localize the activities of social networks with administrative measures forced the authorities to resort to a new method in this respect, about which the corresponding work is carried out mainly in two directions.
This is, firstly, a massive "troll" interference in the work of opposition and independent sites with numerous visitors, and secondly, the active participation in social networks by government representatives and those supporting the government"s policies.
Observations show that very primitively organized trolling works entirely against the authorities themselves, and has no influence on the formation of virtual public opinion. And in its implementation, mainly based on defensive tactics, government fans look very weak and helpless in the eyes of outside observers. In addition, the mercenary and voluntary performers themselves have serious doubts about the prospects of the government.
At the same time, the entire negative charge of non-topic pattern comments, insults, blackening and bullying is boomerang to the authorities themselves. For some reason, all these "fans" avoid open, reasoned virtual discussions. And often they consider their "mission" to be repeated by repeating the same comments under different names during the hour of the live broadcast.
A relatively more effective form of trolling against the opposition consists mainly of a direct, by telephone call, connection to a live broadcast of specially trained individuals. This professional group of people of both sexes regularly calls the studio during live broadcasts, speaks dialects from different regions, and sharply outlines the problems in the country.
By acute criticism of the authorities, they are trying to gain the confidence of the audience and attract attention to themselves. And at the crucial moment, using specially formulated expressions against the opposition, they sow the seeds of doubt and confusion into the minds of ordinary viewers.
It is yet difficult to clearly assess the new techniques of the second type. Live performances of representatives and supporters of the authorities in social networks and their attempts to express an active position, a tendency to debate in general, is a positive phenomenon. And compared with the previous measures of administrative pressure, this method can be considered much more successful. The creation by supporters of the authorities of new virtual broadcasting platforms, connecting to social and political discussions in social networks is a positive trend.
How can power activity in social networks end?
Until recent years, TV has mainly influenced public opinion. On television, there were persons who, without exception, supported the policy of the authorities on the air. Currently, the country's social networks have presented numerous new leaders of public opinion. Most of them express the true will of society. Without solving social problems in the country, eliminating negativity due to the violation of rights and freedoms, without holding free elections, it will be difficult to get the support of such leaders. And then, in the presence of these problems, it will be more difficult for the authorities and their supporters to join the open discussions, as this will have no effect. The new social and political atmosphere so rapidly created by social networks makes it necessary to reform the government. Starting from the causes and the approach to problems, to fundamental changes in the management system is an inevitable process.

1 Mart 2019 Cuma

Hakimiyyət əsas müxalifəti ilə bağlı hər kəsə açıq mesajlar verir.


Əli Həsənovun son məqaləsini yəqin oxumusunuz. Sizcə, bu məqalənin indiki durumda yazılmasında məqsəd nədir? Bu yazının indi yazılması nədən xəbər verir?

Siyasi gündəmə aid olan mövzularda önəm verdiyim dövlət, hökumət və müxalifət nümayəndələrinin çıxışlarını və yazılarını mütəmadi izləyirəm. Əli Həsənovun da bu müsahibəsini oxumuşam.
Öncə qeyd edim ki, ölkədə siyasi proseslərin yüksəlməsi prosesi müşahidə ediləndə, habelə hökumətin atacağı hansısa qeyri-siyasi addımlarına öncədən təbliğati zəmin hazırlayarkən Ə.Həsənovun belə yazıları və müsahibələri olur. Bu, ilk dəfə deyil.
Adətən hökumətin siyasəti ilə bağlı öncəlikləri, narahatlıqları, qayğıları və üstünlükləri rəsmi şəkildə o ifadə edir. Onun vasitəsi ilə hakimiyyətin real durumu və atacağı səsli-küylü addımlarla bağlı ip ucları əldə edirik.
Eyni zamanda o, belə yazılarla həm ölkə ictimaiyyətinə həm də ölkə rəhbərliyinə fəaliyyətdə olduğunu, işini icra etdiyini göstərməyə çalışır.
Hazırda cəmiyyətdə  kifayət qədər sosial-psixoloji gərginlik var. Hakimiyyət daxilində də narahatlıqlar və ziddiyyətlər  müşahidə olunur. Hakimiyyətin bir sıra məsələlərə yanaşmasında və qərarlarında yeni çalarlar üzə çıxır. Hakimiyyət yerli, regional və beynəlxalq şərtlərin dəyişməsini nəzərə alaraq ölkədaxili münasibətlər sistemini dəyişmək məcburiyyətindədir.
Ancaq hakimiyyətin daxilində belə dəyişikliklərə hazır olmayan, ənənəvi konyunkturanın dağılmasına müqavimət göstərən şəxslərin və qrupların mövcudluğu da istisna deyil. Bu müsahibədən belə qənaətə gəlmək olar ki, Ə. Həsənov ölkədə iqtidar-müxalifət münasibətlərinin istiqamətini, məzmununu və necə davam etməsini diqtə etməyə iddialı əsas şəxslərdən biridir.   

Əli Həsənov həmin məqaləsində daha çox AXCP sədri Əli Kərimlini hədəf götürüb. Niyə məhz Əli Kərimli? Bu, Əli Kərimliyə müxalifət lideri kimi daha çox nifrət edildiyinin göstəricisidir, yoxsa, əksinə, müxalifət lideri kimi yalnız Əli Kərimlini işarə etdiklərinin?

Tamamilə haqlısınız, yazı əsasən Əli Kərimlini hədəf götürüb. Doğrusu heç bu yanaşma da ilk deyil. Hakimiyyətin və ona yaxınlığı şübhə doğurmayan media-təbliğat orqanlarının əsas hədəfi uzun müddətdir  Ə.Kərimlidir. Hakimiyyətin Ə.Kərimliyə real münasibəti istər pıçıltılı söhbətlərdə, istər qaranlıq dəhlizlərdə, istər işıqlı zallarda və səs-küylü tribunalarda birmənalıdır. Onun fəaliyyəti iqtidarı ən yüksək səviyyədə qıcıqlandırır, narahat edir və qəzəbləndirir.
Məncə əsas səbəb Ə.Kərimlinin öz fəaliyyətində ardıcıllığı, cəmiyyətdə tərəfdarlarının çox olması, orta məmur təbəqəsinin ən çox ona rəğbət bəsləməsi, təşkilatçılığı və beynəlxalq dəstəyə malik olmasıdır.  Həmçinin tənqidlərinin sərtliyi və konkret hədəfli olması da iqtidarın ona mənfi münasibətində rol oynayır.  Təsadüfi deyil ki, bu gün onun rəhbərlik etdiyi partiyanın yuxarı orqanlarında təmsil olunan əksər şəxslər həbsdədir. İstər özü, istərsə də tərəfdarları ən ağır hüquqpozmalara məruz qalır. Adətən hökumətin bütün əfv və amnistiya aktlarında AXCP-yə qarşı açıq ögey münasibət diqqət çəkir. Hakimiyyətin xarakterini dəqiq bilən istənilən yetkin şəxs anlayır ki, müxalifət məsələsində imitasiya siyasəti çoxdan bitib. Odur ki əsas müxalifəti ilə bağlı hər kəsə açıq mesajlar verilir.

Əli Həsənov deyir ki, Əli Kərimli Azərbaycanın Suriyaya çevrilməsini istəyir. Bu fikrə münasibətiniz necədir? Bu təhdiddir, təbliğatdır, yoxsa, kimlərisə nədənsə sığortalamaq istəyi? Yəni kiminsə günahlarını Əli Kərimlinin boynuna qoymaq istəyi?

Əli Kərimlinin müsahibələrini, çıxışlarını, fəaliyyətini izləyən istənilən şəxs bilir ki, o, qanuni və dinc mübarizəyə ən sadiq qalan siyasətçilərdəndir. Nə özü belə çağırışlar edir, nə də rəhbərlik etdiyi partiyadan belə yanaşmalar olur. Odur ki administrasiya yetkilisinin nəyə əsaslanması aydın deyil.

Ola bilər ki, hökumət onu və tərəfdarlarını belə bəyanatlarla çəkindirmək, tərəddüd yartmaq, ümumi fəallığı zəiflətmək məqsədi güdür.  Habelə, hakimiyyətin Ə.Kərimli ilə bağlı hansısa növbəti qanunazidd planına təbliğati zəmin hazırlanması da mümkündür. Ona bu şəkildə xəbərdarlıq edildiyini də istisna etmək olmaz.  
Hakimiyyətə qarşı açıq şəkildə ixtişaşlara çağıran, təhqir, nifrət və hədələrlə ictimai müzakirələrə daxil olan şəxslərin özləri və yaxınları təqib olunmadğı halda, nədənsə Ə.Kərimlinin qanuna söykənən çıxışları və fəaliyyəti hökumətin ən sərt müdaxiləsi ilə üzləşir. 

Hakimiyyət- xalq arasında açılım söhbətinin getdiyi bir məqamda belə məqalələrin yazılması da birmənalı qarşılanmır. Bəziləri deyir ki, kimlərsə belə fikirlərlə xalqı qıcıqlandırmaq istəyir. Və yaxud xalqa hədəf göstərir. Siz nə düşünürsünüz?

Hələ ölkədə heç bir ciddi açılımdan, islahatdan danışmağa dəyməz. Bunun əlamətləri görünmür.  Ölkədə idarəetmənin xarakterindən qaynaqlanan hüquq böhranı, sosial-iqtisadi çətinliklər, mənəvi-psixoloji aşınma mövcuddur. Bu problemləri aradan qaldırmaq üçün iqtidar öncəki siyasətini köklü dəyişməlidir.
Son günlər hakimiyyətin atdığı bəzi addımlar cəmiyyətdə müsbət qarşılanır. İqtidar-müxalifət və cəmiyyətiçi münasibətlərin normal məcrada getməsinə ümid yaranıb.
Belə bir şəraitdə iqtidarın cəmiyyətə yönəlik çıxışları pozitiv mahiyyət daşıyarsa, bu, ümumi işə faydalı olar. Xüsusi ilə də nəzərə alsaq ki, indi cəmiyyətdə artan gərginlikdən ən çox iqtidar zərər çəkə bilər, deməli, onların yanaşması daha yumşaq olmalıdır. Təəssüf ki hələ də bunun əksi müşahidə olunur. Sanki hansısa səlahiyyət sahibləri gərginliyin davam etməsi üçün çalışır.

Bu fikirlər hakimiyyətdaxili qruplaşmalar arasındakı hansıa fikir ayrılıqlarının olduğundan xəbər verir yoxsa, əksinə?

Hakimiyyət daxilində öncəki münasibətlər sistemi xeyli pozulub. Bu, təkcə qruplaşmalar arasındakı fikir ayrılıqları ilə bağlı deyil. Regionda gedən ziddiyyətli və mürəkkəb proseslər, xalqın güzəranının getdikcə ağırlaşması, narazılığın və etirazların artması, gəlirlərin azalması, hakimiyyətin gələcəyi ilə bağlı narahatlıqlar əsas rol oynayır.
Hətta xarici və daxili siyasətlə bağlı qeyri-müəyyənliklər də diqqət çəkir. Amma bütün bunlar tezliklə hakimiyyət daxili irimiqyaslı böhrana səbəb olacağı hələlik gözlənilmir.

Azərbaycanın siyasi səhnəsində baş verənlər, eyni zamanda manipulyasiyalar əhali arasında çaşqınlıqlar yaradır. İnsanlar kimin əsl müxalifət olduğunu ayırd etməkdə çətinlik çəkirlər. Bu çaşqınlıqlar necə bitə bilər? Bu çaşqınlıqları necə aradan qaldırmaq olar? Eyni zamanda İqtidar-müxalifət mübarizəsinin normal məcrada getməsi üçün nə etmək lazımdır?

Ölkəmizin siyasi səhnəsində baş verən neqativlər anti-demokratik idarəetmədən və pülüralizmin olmamasından qaynaqlanır. Cəmiyyətin siyasi səhnəsi uzun müddətdir açıq fəaliyyətə qapalıdır. Proseslərin qanuni və siyasi vasitələrə uyğun getməsinə süni əngəllər mövcuddur.  Odur ki cəmiyyətdə siyasi təfəkkür xeyli zəifləyib.
Ölkəmizdə demokratik seçkilər keçirilmədiyinə görə klassik mənada iqtidar və müxalifət anlayışından danışmaq çətindir. Bir qrup dövlətin resurslarını öz maraqlarına tabe etdirərək rejim yaradıb, digər qrup  isə bu rejimə qarşı mübarizə aparır. Reallıq budur.
Hakimiyyəti əldə saxlamağa çalışan qüvvə cəmiyyətin demokratikləşməsinə əngəl yaradır və demokratik seçkilərə imkan vermir. Bu qanuna və hüquqa zidd yanaşmaya etiraz edən digər qüvvə isə müxalifətlik edir.
Nə qədər ki cəmiyyət özü dinc dəyişikliyə psixoloji səfərbər olmayıb, siyasi qurumlar bu çaşqınlığı aradan qaldıra bilməyəcək. Cəmiyyəti müxtəlif vasitələrlə dəyişikliyə hazırlamaq lazımdır. Cəmiyyətdəki bütün sosial subyektlər, institutlar, fərdlər öz üzərinə düşən məsuliyyəti dərk etməsə, ölkədə mənəvi, hüquqi, sosial, siyasi böhran dərinləşəcək. Azad seçki keçirməklə, hüquqların təminatına nail olmaqla müsbət dəyişikliklərdən danışmaq mümkündür.

22 fevral 2019