Prezident Seçki Məcəlləsinə edilən son dəyişiklikləri 11 yanvar 2018-ci ildə imzaladı.
Seçki
Məcəlləsinə edilən son dəyişiklikləri iki istiqamətdən dəyərləndirmək lazımdır.
Birincisi, 26 sentyabr 2016-cı il tarixli referendum nəticəsində qəbul edilmiş
dəyişikliklərdən irəli gələn məsələlərdir, digəri isə seçki praktikası zamanı
ortaya çıxan məsələlərlə bağlıdır.
Konstitusiya
dəyişikliyi nəticəsində ortaya çıxan bəzi texniki və hüquqi məsələləri özündə
etiva edən əsas məsələləri təxminən belə təsnifatlaşdıraq. Prezidentin növbədənkənar
Prezident seçkilərini 60 gün müddətində elan etməsi, 21 yaşı tamam olan şəxslərin
Prezident seçkisində namizəd kimi iştirak etmək hüququ, habelə deputatların
mandatdan məhrum edilməsi haqqında qərarı Mərkəzi Seçki Komissiyasının qəbul etməsidir.
Ölkəmizdə
prezidentin qanunla müəyyən edilən səlahiyyətləri hüdudsuzdur və hakimiyyətin məhkəmə
və qanunvericilik qolları da elə onun nəzarəti
altındadır. Bu hal faktiki olaraq hakimiyyət bölgüsü prinsipinin kobud şəkildə
pozulması idi. Milli Məclis üzvlərinin qanunla müəyyən edilmiş etik davranış
qaydalarını kobud surətdə pozması nəticəsində onların mandatdan məhrum edilməsi
hüququnu bundan sonra Konstitusiya Məhkəməsi deyil, MSK yerinə yetirəcək. Bu isə
nəinki hakimiyyət bölgüsü prinsipinə, ümumiyyətlə parlamentarizm fəlsəfəsinə
ziddir.
İkinci
amili qısaca belə ifadə edə bilərik ki, seçki saxtakarlığını asanlıqla icra etməyə
əngəl törədən məsələlərin bir qisminin ortadan qaldırılması “əməliyyatı”. Bəlkə də son dəyişikliyin müəllifləri elə cəmiyyətə
bu real durumu anlatmağa çalışırlar.
Komissiya
üzvlərinin saxta bülletenlər hazırlaması və topa-topa qutulara atması zamanı zərflərin
möhürlənməsi, bülletenlərin zərflərə qoyulması xeyli vaxt alırdı. Ən uzaq məsafədə
oturan müşahidəçilər də, məntəqələrdə quraşdırılan kameralar da bu “əməliyyatın”
uğurla başa çatmasına kölgə sala bilirdi. Həmçinin seçki qutularının “möhürləndiyi”
sözünün “kilidləndiyi” sözü ilə əvəz edilməsi də bu qayğıdan irəli gəlir. İndi
komissiya sədri və ya katibi fürsət düşən kimi dolan qutunu açaraq asanlıqla
ona müdaxilə edə biləcək. Təcrübədə “möhürlənmə” bu müdaxiləyə müəyyən problem
yaradırdı.
Seçicilərə
“seçici vəsiqələri”nin paylanması
sözünün Məcəllədən çıxarılması da təsadüfi deyil. Görünür ümumi siyasi iradə
belədir ki, seçicinin səsvermə yerindən və günündən nə qədər az xəbəri olsa, bir
o qədər proses sakit keçər. Bu amili digər dəyişiklik daha açıq ifadə edir. Belə
ki, əvvəllər məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində
dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini
və ya şəxsiyyəti təsdiq edən digər sənədləri yoxlayırdı. Ancaq artıq bu norma da
qanundan çıxarıldı. Deməli, bir dəstə təlimatlandırılmış şəxs istənilən məntəqədə
ənənəvi “karusel” adlanan “əməliyyatı” daha təhlükəsiz yerinə yetirəcək.
Diqqə
çəkən məsələlərdən biri də qeydə alınmış namizəd səsvermə gününə azı 10 gün
qalmış müvafiq seçki komissiyasına yazılı ərizə verərək “məcburedici əsas
olmadan namizədliyini geri götürərsə” müddəasının Məcəllədən çıxarılmasıdır. 2015-ci
il seçki praktikasında ortaya çıxan ziddiyyətlər yəqin ki MSK-nın yeni Təlimatı
ilə tənzimləyəcək və bu məsələyə yeni yanaşma gətiriləcək.
Son
olaraq, seçki bir prosedur kimi elə hala salınıb ki, artıq onun hansısa incəlikləri
ətrafında müzakirələr çox gülünc görünür. Səsvermənin yekun protokollarına
baxanda aydın olur ki, seçki məntəqələrində bütün son rəqəmlər öncədən müvafiq
qurumlar tərəfindən hazır göndərilir və ona uyğun yazılır.
Hiç yorum yok:
Yorum Gönder