İkinci
dünya müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) yaranması ilə
dünyada beynəlxalq hüquqa əsaslanan balanslı siyasət yürüdülməyə başladı. Beynəlxalq
münasibətlərin tənzimlənməsində güc amili mövcud olsa da beynəlxalq hüquqün
kobud şəkildə pozulması halları geniş yayılmamışdı.
Sovet
İttifaqı dağıldıqdan sonra dünya tədricən təkqütblü güc amilinə dayanan siyasətə
doğru istiqamətləndi. Beynəlxalq hüququn üstünlüyünü real gücə söykənən siyasət
əvəzləməyə başladı. Əlində hərbi-siyasi, iqtisadi güc olan iri dövlətlər üçün
beynəlxalq hüququn prinsipləri əsasən arxa plana keçdi.
Məhz bu
amillər son illər dünyada gərginliyin, ziddiyyətlərin, lokal müharibələrin,
terrorizmin, humanitar və demoqrafiq problemlərin artmasına gətirib çıxarıb. Böyük
dövlətlər öz maraqlarını diqtə etdirmək üçün güc amilinə arxalandıqlarını hər
fürsətdə açıq göstərir. Bu dövlətlər üçün xarici siyasətdə beynəlxalq hüquq
anlayışı sadəcə olaraq görüntüdür. İngiltərə və İran arasındakı tanker böhranı
da bu qəbildəndir.
Böyük
dövlətlərin gücə söykənən yanaşmasını nəzərə alan orta ranqlı dövlətlər də öz
milli təhlükəsizliyini təmin etmək istiqamətində məcburən müasir silahlanmaya
intvestisiya qoyur, öz təhlükəsizliyini sərhədlərindən kənarda təmin etməyə cəhd
göstərir.
Hazırda
öz hərbi-siyasi üstünlüyünü diqtə etməklə siyasət yürüdən dövlətlərin başında
ABŞ və müttəfiqləri dayanır. Eyni zamanda Rusiya və Çin də bu istiqamətdə müəyyən
addımlar atır.
Xüsusilə
də regionda lokal müharibələrin, separatizmin, terrorizmin bu amillərdən
qaynaqlanması barədə iddialar da artmaqdadır. Regionda böyük dövlətlərin
parçalanması, yeni dövlətlərin yaranması, unitar dövlət modelindən federal dövlət
modelinə keçid kimi siyasi planların olması da iddialar arasındadır.
ABŞ-İran
arasındakı gərginliyin kökündə iqtisadi və geosiyasi amillərlə yanaşı, məhz son
illər ABŞ-ın Orta Doğuda tətbiq etməyə çalışdığı yeni siyasət dayanır. Sovetlərin
dağılmasından sonra ABŞ Orta Doğunu yenidən şəkilləndirməyə yüz milyardlarla
dollar vəsait xərcləyib. Bu bölgədə tarixən mövcud olan iri və güclü dövlətlərin
mövcudluğu ABŞ-ın planlarına əngəl yaradır. Bütün vasitələrlə böyük və
ideoloji-siyasi nüfuzu olan dövlətlərin zəiflədilməsi yönündə çalışmalar davam
edir. İki il öncə 50 İslam ölkəsinin təmsilçilərini Riyadda bir araya gətirən
ABŞ administrasiyası Ərəb və İslam ölkələri zirvə toplantısı ilə müsəlman dövlətlərinin
gələcək əməkdaşlığının çərçivəsini müəyyənləşdirmək niyyətini ortaya qoymuşdu.
ABŞ-ın
hazırkı Tramp administrasiyasının Orta Doğuya yönəlik siyasət doktrinasında
İsrailin və Ərəb birliyi dövlətlərinin dost, İranın isə düşmən dövlət kimi təqdim
edilməsi də təsadüfi deyil. ABŞ davamlı
olaraq öz vətəndaşlarına və müttəfiqlərinə İranı düşmən dövlət kimi təbliğ
edir. Bununla həm xarici siyasətdə atdığı beynəlxalq hüquqa zidd hərbi-siyasi
addımları öz vətəndaşlarına qəbul etdirir, həm də xərclədiyi iri məbləğdə
pullara görə vətəndaşlarından tənqid almır.
Təsadüfi
deyil ki Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci ilin 11 sentyabr terror
aktından sonra ABŞ cəmiyyətində islamafobiya dərin iz qoyub. Nyu-York şəhərində törədilən terrordan sonra ABŞ hərbiçilərinin
İraqda və Əfqanıstanda apardığı müharibəyə Amerika ictimaiyyətindən böyük dəstək
gəlmişdi. Müharibə xərclərinin ayrılması üçün Konqress dərhal qərar qəbul
etmişdi.
Tramp
administrasiyası da xarici siyasətdə bu ənənəyə sadiqdir. Öncə cəmiyyətdə
qorxunc xarici düşmən obrazı yaradılır, daha sonra isə bu düşmənlə mübarizə
taktikası seçilir. Hətta bu yanaşma seçkilərdə qalib gəlmək üçün də istifadə
olunur.
İran
Orta Doğunun əsas oyunçuları sırasındadır. İranın Orta Doğuda fəal siyasət
yürütməsi ABŞ və müttəfiqlərinin uzaq planlarına uyğun deyil. ABŞ-ın İrana tətbiq etdiyi iqtisadi
sanksiyalar İran iqtisadiyyatını zəiflətsə də, onu öz xarici siyasətindən çəkindirməyib.
Bu sanksiyalar yalnız İran iqtisadiyyatına deyil, həm də onunla iqtisadi-ticarət
əlaqələrində olan dövlətlərə də mənfi təsir edir. ABŞ-ın sanksiyalarına nəinki
rəqiblər, hətta bəzi müttəfiqlər də tənqidi yanaşır. İrana hərbi müdaxilə
variantı da hələki bəyanat səviyyəsindədir və bu situasiyada daha irəli getməsi
ehtimalı azdır.
Hətta
ABŞ-ın nüfuzlu strateqləri də hesab edir ki İrana hərbi müdaxilə etmək uğurlu
variant deyil. Bu, ABŞ-ın Orta Doğudakı
maraqlarını tamamilə təhlükəyə ata bilər. Eyni zamanda Avropa İttifaqı,
Çin, Türkiyə və Rusiya da bu planın gerçəkləşməsinə razı deyil. Xüsusilə də nəzərə almaq lazımdır ki ABŞ-ın
hazırda belə bir addım atmasından ABŞ-dan çox qonşuluqdakı Rusiya qazana bilər.
Rusiya prezidenti Vladimr Putin ABŞ-İran gərginliyini şərh edərkən “biz yanğınsöndürən deyilik” ifadəsinin arxasında ABŞ-la hansısa gizli razılaşma deyil, Tramp administrasiyasını İrana hərbi müdaxiləyə şirnikləndirmək məqsədi də istisna deyildi. ABŞ İrana qarşı belə bir addım atarsa Rusiyanın dərhal Cənubi Qafqazda və Xəzər dənizində tamamilə yeni və gözlənilməz siyasət yürüdəcəyi ehtimalı var. Eyni zamanda Rusiya Hömrüz Boğazında da öz hərbi-siyasi varlığını göstərməyə çalışacaq. Həmçinin Türkiyənin də öz sərhədlərindən kənarda yeni və irimiqyaslı hərbi əməliyyatlara start verəcəyi istisna deyil. Bu isə qərbin strateji maraqlarına daha ağır zərbə ola bilər.
Rusiya prezidenti Vladimr Putin ABŞ-İran gərginliyini şərh edərkən “biz yanğınsöndürən deyilik” ifadəsinin arxasında ABŞ-la hansısa gizli razılaşma deyil, Tramp administrasiyasını İrana hərbi müdaxiləyə şirnikləndirmək məqsədi də istisna deyildi. ABŞ İrana qarşı belə bir addım atarsa Rusiyanın dərhal Cənubi Qafqazda və Xəzər dənizində tamamilə yeni və gözlənilməz siyasət yürüdəcəyi ehtimalı var. Eyni zamanda Rusiya Hömrüz Boğazında da öz hərbi-siyasi varlığını göstərməyə çalışacaq. Həmçinin Türkiyənin də öz sərhədlərindən kənarda yeni və irimiqyaslı hərbi əməliyyatlara start verəcəyi istisna deyil. Bu isə qərbin strateji maraqlarına daha ağır zərbə ola bilər.
İran qədim
dövlətçilik ənənəsinə malik unitar dövlətdir. Analizlər göstərir ki İran cəmiyyətinin
oturuşmuş tarix şüuru, dini ideologiyası, siyasi təfəkkürü və ictimai proseslərə
yanaşması, habelə mülkiyyət münasibətlərindən doğan sosial mühiti Orta Doğunun
digər dövlətlərindən xeyli fərqlidir. İranın sosial-siyasi özünəməxsusluğu var.
İraqda, Əfqanıstanda, Suriyada və digər ərəb ölkələrində uğurla sonuclanan
siyasət İranda fərqli nəticə doğura bilər.
ABŞ-İran
arasındakı problemlərin həlli müşkül olsa da, onun tezliklə yeni fazaya keçəcəyi
ehtimalı da istisna deyil. ABŞ İranla bağlı siyasi-hərbi strategiyasına yeni əlavələr
etmək məcburiyyətindədir.
İngilis
donanmasının 4 iyulda Cəbəllütariq boğazında İrana aid Panama bayrağı altında
üzən tankerini Avropa Birliyinin Suriyaya tətbiq etdiyi embarqonu pozaraq
Suriyaya neft daşıdığı iddiası ilə saxlaması da bu prosesə yeni forma və məzmun
verir.
İranın
"Grace 1" adlı tankerinin saxlanmasına adekvat reaksiya verəcəyi gözlənilən
idi. Bu adekvat addım özünü çox gözlətmədi. İran hərbi donaması da Hömrüz
Boğazından keçən İngilis gəmisinə qarşı adekvat addım atdı. İran öz addımının
beynəlxalq dəniz hüququna uyğun olduğunu irəli sürsə də, bu addım ABŞ, İngiltərə-İran gərginliyini
daha da artırıb. Artıq İngiltərə və ABŞ-ın Hömrüz Boğazından keçən tankerlərini
hərbi donama müşayət edəcək.
ABŞ və
müttəfiqləri İranın neft satışına, ticarət və iqtisadi əlaqələrinə həlledici zərbə
vurmaq üçün bütün imkanlarını səfərbər edib.
Hazırda Hömrüz Boğazı həm İran həm də ABŞ üçün ən kritik nöqtədir.
Münasibətlərin diplomatik çözüm
imkanları tükənməsə də, hər an təxribatların
baş vermə ehtimalı yüksək olaraq qalır. Tarixdə bir neçə dəfə Hömrüz Boğazı ətrafında
belə böhranlı situasiya yaranıb. Xüsusilə də 1980-ci illərdə 8 illik İran-İraq
müharibəsi zamanı neft daşıyan tankerlərə açıq hərbi müdaxilələr baş verib.
2012-ci ildə də ABŞ-İran arasında Hömrüz Boğazı ilə bağlı kəskin böhran
yaşanmışdı. Hərbi toqquşma olmadan tərəflər problemi həll edə bilmişdi.
Hömrüz
Boğazı İran üçün nə qədər həyati əhəmiyyət daşıyırsa, ABŞ və müttəfiqləri üçün
də bir o qədər strateji əhəmiyyətə malikdir. Hazırda dünyada tankerlərlə neft
daşımaçılığında Hömrüz Boğazı 40% -lik nəticə ilə ilk yerdədir. Bu Boğazdan gəmilərlə
gündə təqribən 18 milyon barel neft daşınır. Belə bir strateji əhəmiyyətli
keçiddə yarana biləcək istənilən hərbi gərginlik dünyada neftin qiymətinin kəskin
yüksəlməsinə səbəb ola bilər. Bu isə Rusiyanın maraqlarına uyğun olsa da bütövlükdə Avropa və Asiyanın
iqtisadiyyatında öz mənfi təsirini göstərə bilər.